Pirallahının gənc könüllüləri koronavirusla mübarizədə dövlətin yanındadırlar
18 may 2020 | 11:00
Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Koronavirus (COVİD-19) pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda çətinlik çəkir. İnkişaf etmiş ölkələrin demək olar hamısı artıq etiraf ediblər ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb.
Buna baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu qlobal təhlükə mənbəyinə qarşı preventiv, profilaktik, ardıcıl və sistemli tədbirlər həyata keçirir. Ölkə rəhbərinin yorulmaz əməyi sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət stabildir.
Bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır. Bu gün hamı reallığı görür ki, prezidentimiz ölkəmizin inkişafı naminə nə işlər görür, sosial-rifahın artması üçün lazımi tədbirlər görülür. Nəticələr bir çox dövlətlərlə, xüsusilə də region ölkələri ilə müqayisədə ölkəmizdə daha yaxşıdır.
Pirallahı rayonundada Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə əsasən gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Pirallahı rayon şöbəsinin, Rayon Mənzil Kommunal-Təsəsrrüfatı Birliyinin mütəxəssisləri və əməkdaşları rayon ərazisində kütləvi dezinfeksiya işləri həyata keçirirlər.
Koronavirus xəstəliyinin (COVİD-19) yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə RİHB tərəfindən işçi qruplar yaradılmışdır. 65 yaşdan yuxarı tənha insanların evlərindən çıxmalarının qarşısının alınması məqsədilə operativ qruplar yaradılmış və qrup üzvləri hər gün onlarla əlaqə saxlayaraq, ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş könüllülər vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməkliklər göstərirlər.
Respublikada Karantin rejimi elan edildikdən sonra Pirallahı rayonundada aztəminatlı və ehtiyacı olan ailələrə Heydər Əliyev fondu, Rayon İcra Hakimiyyəti, digər qurum və fiziki şəxslər tərəfindən ərzaq bağlamaları və maddi yardımlar edilmişdir.
Pirallahı rayonunda ərzaq yardımlarının evlərə çatdırılması işlərində də könüllülər yaxından iştirak edirlər. Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alandan sonra könüllülər ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatının aktiv iştirakçılarına çevriliblər. Onlar sosial xidmətçilərlə birgə bu ərzaq paylarını tənha yaşlılara və əlilliyi olan tənha şəxslərin evlərinə apararaq təqdim edirlər. "Dost çətin gündə tanınar” deyiblər. Könüllülər də indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərirlər.
“Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Pirallahı rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, 65 yaşdan yuxarı olan vətəndaşlarımıza və digər imkansız ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanmışdır.
Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməli və əməl olunmalıdır ki, dövlətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək. Çünki üzləşdiyimiz sınaqdan birliyimiz və həmrəyliyimizlə xilas ola bilərik.
Rauf Əliyev – YAP Pirallahı rayon təşkilatının könüllüsü