Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda abadlıq işləri davam etdirilir

30 oktyabr 2013 | 11:00
 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən regionlarla yanaşı, Bakı şəhəri və ətraf qəsəbələrin də inkişafına göstərilən diqqətin və qayğının nəticəsidir ki, Bakının bütün qəsəbələrində abadlıq və quruculuq işləri aparılır. Dövlət proqramına uyğun olaraq sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün bütün lazımi addımlar atılır . Ölkə başçısının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı paytaxt və ətraf qəsəbələrin sürətli inkişafına böyük təkan vermişdir.
 Bakının bütün qəsəbələrində olduğu kimi, Pirallahı qəsəbəsində də abadlıq-quruculuq işləri davam edir. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən görülən çoxşaxəli işlərdən biri də 29-cu məhəllədə «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində bu məhəllənin abadlaşdırılması istiqamətində aparılan işlərdir. Məhəllədə artıq daxili su, kanalizasiya və qaz xəttləri tamamilə yenilənib, yolların, səkilərin və yaşıllıqların kənarına səki daşları düzülüb, asfalt döşənməsi işlərinə başlanıb. Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun qeyd etdiyi kimi, yaxın gələcəkdə Pirallahı qəsəbəsində bütün məhəllələr bu layihə çərçivəsində abadlaşdırılacaqdır.
Yeni inşa olunan obyektlərdən biri də “Vətən uğrunda” abidə-kompleksidir. Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsi yeni abidə-kompleksdə əbədiləşdiriləcəkdir. Hal-hazırda “Vətən uğrunda” abidə-kompleksin ətrafında işlər sürətlə davam etdirilir, qanunsuz çəpərlər və hasarlar sökülür. Kompleksin ətrafındakı binaların dam örtükləri dəyişdiriləcək, fasad hissələri isə yenilənəcəkdir.
 Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi qəbullar zamanı sakinlər bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər. Belə müraciətlərdən biri ilə bağlı 180 N-li marşrutun son dayanacağının yeri dəyişdirilərək sərnişinlər üçün daha əlverişli yerə keçirilmişdir. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 150 N-li marşrutun son dayanacağının yerinin də S.Vurğun küçəsindəki 9-mərtəbəli binanın yanına qədər uzadılması istiqamətində işlər davam edir. Hal-hazırda həmin istiqamətdə asfalt örtüyu çəkilir, bardürlər düzülür, dayanacaq və dispetçer otağı inşa olunur. Bundan əlavə sürüçülər üçün yeməkxana tikiləcək və sanitar qovşağı inşa olunacaq. Eləcə də taksilərin dayanması xüsusi yer ayrılacaqdır.
Keçidlər