Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir
19 may 2020 | 11:00
Müstəqil Azərbaycan Respublikası ildən-ilə güclənir və inkişaf edir. Bu istiqamətdə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin və tərəqqinin geniş vüsət almasında kadr islahatlarının da rolu böyükdür. İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir və inkişaf etdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atır və bir çox köklü islahatlar həyata keçirir. Ölkə başçısı tərəfindən həyata keçirilən islahatların əsas istiqamətini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Şübhəsiz ki, bu istiqamətdə görülən işlər hər bir məmura dərs olacaq səviyyədədir. Ancaq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son günlərdə idarəçiliyin müxtəlif istiqamətləri üzrə həyata keçirilən əməliyyat tədbirləri bunu deməyə əsas verir ki, bu istiqamətdə görülən işlər dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, hələ də geniş əhali qruplarını narazı salan mənfi hallar da mövcuddur. Dövlətimizin başçısı neqativ hallara qarşı barışmaz mövqeyini dəfələrlə ortaya qoymuş və rüşvətxorluq və korrupsiyaya qarşı amansız olacağını bildirmişdir. Amma buna baxmayaraq, hələ də öz çirkin əməllərindən əl çəkməyən və sələflərinin yolundan gedən məmurlar şübhəsiz ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, ən ağır şəkildə cəzaqlandırılacaqlar.
Hər birimizə məlumdur ki, ölkə başçısının məmurlarda görmək istədiyi xüsusiyyətlər, dürüstlük, şəffaflıq və ədalətdir. Ümumiyyətlə hər bir kəs bu xüsusiyyətləri özündə daşımalı və vətənpərvərliyi, təvazökarlığı, məsuliyyəti, vicdanlı olmağı gördüyü işdə əks etdirməlidir. Bunu həm cəmiyyətə fayda vermək həm də ölkənin inkişafında az da olsa rola malik olmaq üçün etməlidir. Xüsusilə dövlət məmurlarında bu cəhətlər daha üstün olmalıdır. Amma təəssüf ki, bəzi məmurlar vəzifəsini yerinə yetirməkdən boyun qaçırır, hansısa əyri yollarla əlavə mənfəət əldə etməyə çalışır, özlərini xalqın ağası kimi aparırlar. Belə məmurlar onlara göstərilən yüksək etimadı doğrultmur, korrupsiya və rüşvətxorluğa əl atırlar. Xalqın malına göz dikən bu şəxslər vətəndaşların problemlərinə etinasız yanaşmaqla və ya dövlətin maraqlarını özlərinin maddi mənafelərinə qurban verməklə əqidəsizlik nümayiş etdirirlər. Şübhəsiz ki, ölkənin milli maraqlarına zərbə vurmaq niyyəti güdən bu məmurların qanqaraldıcı hərəkətləri dövlət başçısının da uğurlu siyasətinə kölgədir.
Ancaq hər birimizə məlumdur ki, Azərbaycanda layiqli məmurların yetişməsi üçün geniş təcrübə və irs mövcuddur. Bu təcrübə və irsin əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər xalqa bağlılığı, Vətənə xidməti, ziyalılığı, qanunlara və ali mənəvi prinsiplərə sadiqliyi əsas prinsip olaraq qəbul edən idarəçilik məktəbi yaratmışdır. Bu məktəbin ən layiqli davamçısı və örnək siması Prezident İlham Əliyevdir. Cənab Prezident çıxışlarında dəfələrlə məmurlara öz timsalında nümunə göstərərək, onları da düzgün yoldan getməyə dəvət etmişdir. Cənab İlham Əliyev demişdir: "Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər". Qeyd edək ki, edilən xəbərdarlıqlara baxmayaraq işinin öhdəsindən gələ bilməyən, xəbərdarlıqlardan nəticə çıxarmayan, xalqa və dövlətə xəyanət yolunu tutan dövlət məmurları ən ağır şəkildə cəzalandırılacaqlar. Hər bir məmur gec-tez dərk etməlidir ki, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq qanunlara tabe olmalıdır.
Dövlət tərəfindən korrupsiya və məmur özbaşınalığı ilə aparılan effektiv mübarizəni xalqımız yüksək qiymətləndirir və həmişə olduğu kimi bu məsələdə də Prezidentimizin yanında birlik nümayiş etdirirlər.

Şəbnəm Eldarova