Ölkədə həyatın durması iqtisadiyyata böyük zərbə vurmasına baxmayaraq hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır
23 may 2020 | 11:00
Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasəti pandemiya zamanı da insanların sağlamlığını xilas etməklə yanaşı ölkə iqtisadiyyatını da bu bəladan az itkilərlə çıxmasına və kölgə iqtisadiyyatıının səviyyəsinin azaldılmasına müvəffəq oldu. Ölkə Başçımızın sosial sahənin daim prioritet sahə olmasını hər çıxış və qərarlarında qeyd edərək pandemiya dövründə də insanların sağlamlığını və onların sosial müdafiəsinin təmin edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə yönəltdi.
Məlum olduğu kimi pandemiya dövrünün uzanması bir çox ölkələrdə iqtisadi və maliyyə böhranın yaranmasına səbəb oldu. Lakin buna baxmayaraq Azərbaycanda sosial yönümlü sahələrə xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb.
Eyni zamanda, dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəldi.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparılaraq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi və özəl sektorda 700 minə yaxın insanın əməkhaqqı dövlət tərəfindən ödənildi.
Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə işsiz qalan və muzdlu işləyən aztəminatlı, həssas qrupa daxil olan insanların sosial təminatının təşkil edilməsi üçün 600 minə yaxın bu kateqoriyadan olan şəxslərə iki ay müddətinə 190 manat maddi və ünvanlı sosial yardım göstərilir.
Dövlətin diqqətindən kənarda qalmayan işsiz, aztəminatlı şəxslərin məşğulluğunun artırılması, onların işlə təmin olunması üçün cənab Prezidentin tapşırığı ilə ödənişli ictimai işlərə cəlb olunması və 90 min iş yerinin açılması nəzərdə tutulur.
Cənab Prezidentin ölkədə sosialyönümlü islahatları və məşğulluğun təmin edilməsi istiqamətində verdiyi tapşırıqlarına əsasən Pirallahı rayonuna da 265 nəfər ödənişli ictimai işlərə cəlb olunmuş və əlavə 532 nəfərlik müvəqqəti iş yerləri açılmışdır.
Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maliyyə yardımının edilməsi, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirilməsi və ən əsası əhaliyə birbaşa sosial dəstəyin göstərilməsi, eyni zamanda Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyəti, pandemiya zamanı imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin rifahının, güzəranının yaxşılaşmasına yönəldilib.
Prezident İlham Əliyev "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və dövlətə çatası vergilərin tam həcmdə büdcəyə səfərbər olunması kimi mühüm tədbirlərin görülməsi istiqamətində göstərişlər vermişdir.
Məlumdur ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Ən yüksək neft gəlirləri şəraitində belə, Azərbaycan sahibkarı öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması sahibkarın ödədiyi vergilərdən asılıdır.
Ölkəmizin iqtisadi qüdrəti, resursları əhalinin sağlamlığını etibarlı şəkildə qorumağa imkan verən bütün bu genişmiqyaslı tədbirlər dünyada örnək ola biləcək və gözlənilməz hadisələr zamanı dövlətin, xalqın mənafeyi, milli maraqlar baxımından görüləcək tədbirlər üçün ən gözəl nümunə oldu.

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov