Kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri və əldə olunan uğurlar
25 may 2020 | 11:00
Dünyanı cənginə alan koronavirus pandemiyası yalnız sağlamlıq üçün təhdid deyil, eyni zamanda qlobal sosial-iqtisadi problemdir. Yeni növ koronavirus infeksiyası dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyur. Pandemiya makroiqtisadi siyasətdən qlobal ticarətədək bütün sahələr üzrə mənfi təsir göstərməkdədir. Bu mənfi təsirlər ən çox ticarət, nəqliyyat, logistika, turizm, xidmət sahələrinə və insanların bəlli gəlirləri olan kiçik və orta sahibkarlıqda özünü daha çox göstərir. Dünyada baş verən bütün proseslər həmçinin mənfi təmayüllər qlobal iqtisadiyyatın bir parçası olan ölkəmizə də təsir göstərir. Ölkəmizdə qlobal şokun təsirini azaltmaq, insanların sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirlərini azaltmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Epidemiyanın ilk təsir etdiyi sahələrə və müəssisələrə dəstək, yardım göstərilməsi ölkə rəhbərliyinin vacib tapşırıqlarından biri oldu. Qlobal böhran şəraitində prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planını təsdiq etdi. Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən və işini qanunauyğun quran, işçilərini uçota alan sahibkarlara əmək haqqı fondunun 60-100 faizi həcmində dəstək verildi.
Xüsusi karantin rejimi ilə bağlı iş yerini, gəlir mənbəyini itirənlər daha çox qeyri-formal işlə məşğul olan insanlar oldu. Qeyri-formal məşğulluq ciddi iqtisadi və sosial problemdir. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi yaradılan milli gəlirin dəqiq qeydə alınmamasına, vergidən yayınmalara və işçilərin hüquqlarının tam təmin olunmamasına səbəb olur. Kölgə iqtisadiyyatına qarşı aparılan mübarizədə əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsidir. Şəffaf fəaliyyət isə iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin edir. Haqsız rəqabətin yaranmasına və genişlənməsinə şərait yaradan kölgə iqtisadiyyatı leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olur. Bu isə ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar miqyasına və səmərəliliyinə görə həmişə seçilib. Bu iqtisadi islahatlar ölkənin inkişafına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə hədəflənib. Kölgə iqtisadiyyatının miqyasının azalması ilə müşayiət edilən islahatlar, həm büdcə daxilolmalarının həcminin artımında, həm də sahibkarlıq subyektlərinin sayının artımında öz müsbət nəticəsini göstərir. Belə ki, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neftsektoru üzrə daxilolmaları 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir. Buna paralel olaraq əmək haqqı fondu da ağarmış, əmək müqavilələrinin sayında 105 min nəfərlik artım olmuşdur. Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorunmuş oldu.
Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə sahibkarları kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa son qoymağa çağırmışdır. Koronovirus pandemiyası dövründə kölgə iqtisadiyyatında çalışan insanlar bu qeyri-leqal əməllərinə son qoymalı olduqlarını bir daha dərk etdilər. Ölkə başçısının vətəndaşlarımıza diqqət və qayğısı nəticəsində pandemiya dövründə hətta əvvəllər qeyri-formal sektorda çalışanların belə sosial müdafiəsinin nəzərə alınması təmin edildi. Aprelin 17-də Cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda bu barədə xüsusi tapşırıq verdi. Belə ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən 600 min aztəminatlı şəxs müəyyən olundu və onlara aprel-may ayları üzrə birdəfəlik ödənişin verilməsi təmin edildi. Proses artıq yekunlaşmaqdadır. Dövlət başçısının digər tapşırığına əsasən karantin dövründə əhali arasında məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırıldı. Qısa müddət ərzində bu iş yerlərinin yaradılması və aztəminatlı əhalinin bu işlərə cəlb edilməsi dövlətimizin gözlənilməyən böhranlı vəziyyətlərə hazırlıqlı olduğunu bir daha sübut etdi. Eyni zamanda görülən tədbirlər çərçivəsində dövlət və özəl sektor işçilərinin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər də həyata keçirildi.
Karantin dövründə biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, iş yerlərinin saxlanılması üçün dövlət dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqələrinin sosial vəziyyətinin, maddi rifah halının yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər sübut edir ki, xalqımız karonavirus bəlasının fəsadlarından minimum itki ilə çıxmağı bacaracaq.

Azad Namazov