Bu ilin qəhramanları – Könüllülər!
26 may 2020 | 11:00
Azərbaycan xalqı tarix boyu hər zaman öz genetik yaddaşında və əməlində xeyirxahlıq, fədakarlıq, təmənnasız kömək ənənələrini yaşatmışdır. Hər zaman öz qapısına gələn müsafiri Allah qonağı deyib başının üstündə qəbul edən, qonşusunun harayına anındaca yetişən bir xalqın zəngin bir keçmişi və çox qədim bir tarixi könüllü yardımlaşmaq ənənələri olmuşdur və bu prinsiplər nəsildən nəsilə keçərək bu gün də qloballaşan dünyamızda bizlərə gəlib çatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən də zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş və dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük hal-hazırda bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar. 5 dekabr 2019-cu il tarixində Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında 30 dekabr 2020-ci tarixli müvafiq Sərəncam imzalamışdır.
Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. XX əsrin ikinci yarısından etibarən isə könüllülük həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Müxtəlif qurumlar, ictimai təşkilatlar kommunikasiyanın təmin olunması, yaxud digər səbəblərdən könüllülük şəbəkələri yaratmış, təmənnasız fəaliyyəti təmin etmişdir. Burada gənclərin yeni ölkələrə səyahət etmək, dil öyrənmək və yeni tanışlıq imkanları sərhədsizləşir, potensiallı kadr, təcrübə və məlumat mübadiləsi yaranır. Azərbaycanda isə könüllülük hərəkatında yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi ruhdan düşən gənclər üçün bir işıq oldu. Təhsilini yarımçıq qoyaraq, az məvacibli iş yerlərini tərk edərək ölkədən kənara üz tutan gənclərdə ruh yüksəkliyi yarandı. Həmin dövr yeni təşəbbüslərdə iştirak, yeni iş yerlərinin yaranması və gənc sahibkarlığın inkişafı ilə yadda qalıb. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb. Bu, Cənab Prezident İlham Əliyev siyasətinin də prioritet istiqamətidir. Azərbaycanın ən uğurlu layihəsi olan “ASAN xidmət”i könüllülərsiz təsəvvür edə bilmirik. Könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyən 10 mindən artıq gənc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışır. Qeyd edək ki, könüllülük fəaliyyətində əsas məqsəd həm paytaxtda, həm də regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdir. Digər tərəfdən könüllülük prinsipi ilə tam sağlam, təmənnasız rəqabət mühiti üçün şərait yaranır. Bacarıqlı və çalışqan gənclər özlərini yaxşı mənada göstərə bilir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə müxtəlif sahələrdə beynəlxalq tədbirlərin təşkili könüllük fəaliyyətini daha da zəruri edir. Məsələn, I Avropa Oyunları, FIFA U‐17 Qadınlararası Dünya Çempionatı, Formula‐1 Avropa Qran‐prisi, İslam Həmrəyliyi Oyunları, Sənət aşiqi könüllülər.... Bu siyahını xeyli uzatmaq olar. Onlarla belə beynəlxalq səviyyəli tədbirdə Azərbaycandan on minlərlə gənc könüllü kimi iştirak edərək ölkəmizə ən yüksək səviyyədə təmsil edib.
Planeti bürüyən “Covid-19” pandemiyası dövründə də Azərbaycan könüllüsü şərəfli işi və xeyirxah əməlləri ilə yaddaşlarda qalmaqdadır. Ancaq ölkəmizin keçdiyi bu ağır dövrdə onların fəaliyyətinin səmərəliliyinin artırılması və miqyasının genişləndirilməsi baxımından fəaliyyətlərinin əlaqələndirilməsi zərurəti yaranmışdır. Bunun üçün Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilmişdir. Mərkəzin fəaliyyəti xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətindədir. 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Mərkəz tərəfindən bir çox respublika əhəmiyyətli aksiyalar reallaşdırılmışdır ki, onlardan ən diqqət çəkəni “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin müxtəlif ərzaq və gündəlik təlabat məhsulları ilə təmin edildiyi aksiyadır. Bundan əlavə Mərkəz tərəfindən qısa müddət ərzində “Könüllü Qonşu” və “Könüllü Donor” kimi böyük kütlələri əhatə edən aksiyalarda həyata keçirilmişdir. Bu aksiyalarda yaşlı, xəstə, kimsəsiz, maddi və sosial durumu məhdud olan ölkə vətəndaşlarına ürəkyanarlılıq ilə xidmət göstərən gəncliyimizə hər birimizin bir vətəndaşlıq və vicdan borcumuz var. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir. Qeyd edək ki, hər bölgədə, şəhərdə və kənddə könüllü gənclərimizin fəaliyyəti təqdirəlayiqdir.
Pirallahı gəncləri də uğurla könüllülük layihələrində iştirak edirlər. Rayon da gənc könüllülər dövlətimiz tərəfindən həyata keçirilən layihələrə, atılan addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfələrini vermişlər.
Ulu babalarımızdan bizlərə miras qalmış bu xeyirxah əməllərdə iştirak edən hər bir könüllünü bir vətəndaş kimi minnətlə xatırlayaraq, qeyd etmək istəyirəm ki, bu ilin qəhrəmanları məhz Sizsiniz, əziz Könüllülər !

Tağıyeva Fərqanə,
Pirallahı rayon “Bulaq” körpələr evi və uşaq bağçasının müdiri