10 saylı BŞX-nın binasının 2013-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır
01 noyabr 2013 | 11:00
“Səhiyyə sahəsində aparılan islahatlar, ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi, beynəlxalq əlaqələr, həkimlərimizin təkmilləşdirilməsi məsələlərinə verilən diqqət, xarici klinikalarda Azərbaycan həkimlərinin öyrədilməsi və təhsili, bütün bu məsələlər hesab edirəm ki, səhiyyə sahəsində ciddi dönüşə gətirib çıxarmışdır və əlbəttə ki, görülən işlərin nəticəsi insanların sağlamlığıdır. Azərbaycanda bu sahədə müsbət dinamika onu göstərir ki, son illər ərzində insanların ömrünün uzunluğu artır, uşaq ölümü, ana ölümü azalır. Biz elə etməliyik ki, bu müsbət dinamikanı saxlayaq və gələcəkdə səhiyyə ilə bağlı nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapsın. Bizim planlarımız çoxdur. Hazırda bir neçə şəhərdə, o cümlədən Bakı şəhərində yeni, müasir səhiyyə ocaqları tikilir və onların istifadəyə verilməsi nəticəsində deyə bilərəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası tam şəkildə yeniləşəcəkdir”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sesiyasının açılış mərasimindəki çıxışı zamanı söyləyib. Biz çalışmalıyıq ki, dünyada səhiyyə sahəsində gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun deyə ölkə başçısı vurğulayıb.
Bu baxımdan ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da xeyli işlər görülür, o cümlədən səhiyyə ocaqları təmir olunurlar. Dövlət Proqramı əsasında əsaslı təmir işləri aparılan belə səhiyyə ocaqlarından biri də Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır.
2011-ci ildən başlanan əsaslı təmir işləri Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilir. Əsaslı təmir olunan xəstəxananın ümumi sahəsi 2 hektardır. Rayonun ən böyük tibb müəssisəsi olan 10 saylı BŞX-nın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunmuşdur. Hazırda binanın fasad hissəsi gülbəxt daşı ilə üzlənilir. Qazanxana sistemi yenilənib. Binanın pəncərələri dəyişdirilib, yeniləri ilə əvəz olunub. Xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulub. Hazırda binanın həyətinə yeni asfalt örtüyü döşənir və yaşıllıq salınır. Hal-hazırda tikintidə 65 nəfər işçi çalışır.
Səhiyyə Nazirliyinin nəzarəti altında aparılan təmir işləri 2011-ci ilin iyul ayından başlanıb və xəstəxana binasının 2013-cü ilin axırına təhvil verilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, xəstəxana iki hissədən – poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda beş şöbə - cərrahiyyə, terapiya, uşaq, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcəkdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunacaqdır. Uşaqların və böyüklərin qəbul edilməsi üçün nəzərdə tutulmuş poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək pasiyentin qəbul edilməsi məqsədilə genişləndirilmişdir. Buradakı 50-dək kabinetin hər biri tibb sənayesinin istehsal etdiyi ən yeni cihaz və avadanlıqlarla təmin olunacaqdır.