Koronavirus pandemiyası ilə mübarizədə təhsil işçilərinin rolu
29 may 2020 | 11:00
Ümumdünya Səhiyyə Təşkilatı artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni virusu (COVİD-19) pandemiya elan edib. Pandemiya insandan - insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da, bildirilir ki, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınan rəqəmlər bu meyarlara cavab verib və Ümumdünya Səhiyyə Təşkilatı bu səbəbdən sürətlə yayılan dəhşətli virusu pandemiya elan edib. Pandemiyanın qarşısının alınması üçün insanlar evdə qalmalı, ailə üzvləri kənar insanlarla təmaslarını minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini özündə müşahidə etdikdə dərhal özünü təcrid etməli və lazimi qurumlara məlumat verməlidir. Yalnız bu şəkildə biz bu pandemiyadan özümüzü və yaxınlarımızı qoruya bilərik.
Mart ayının 3-dən ölkədə yayılan pandemiyaya görə təhsil sistemində bütün universitetlər, məktəblər və məktəbəqədər təhsil müəssisələri ölkə başçısının tapşırığı ilə müəyyən müddətə bağlandı və tədris prosesi tamamilə dayandırıldı. Ölkədə martın 15-dən mayın 31-nə qədər karantin rejimi tətbiq edildi. Buna baxmayaraq evdə qalan şagirdlərin təhsildən yayınmaması üçün “evdə qal, təhsildən qalma” layihəsi əsasında tele dərslər və onlayn dərslər keçirilməyə başladı. Aprelin 2- dən etibarən isə Təhsil Nazirliyi tərəfindən “Virtual Məktəb” layihəsi hazırlandı və dərslər hazırlanmış cədvəl əsasında şənbə və bazar günlərini çıxmaqla həftəarası hər gün keçirilir. Hal – hazırda da proses davam etdirilir. Qeyd edək ki, qiymətləndirmə I yarımil qiymətlərinə əsasən aparılacaq. Bununla da Təhsil Nazirliyi ilk dəfə olaraq bütün ölkəni əhatə edən distant təhsil şəbəkəsi yaratmağa nail olaraq fasiləsiz təhsili təmin etmişdir. Bu gün müəllimlərimiz, məktəb rəhbərlərimiz, bütovlükdə təhsil işçilərinin hamısı əzmkarlıq və fədakarlıq göstərərək şagirdlərin təhsildən geri qalmaması üçün var gücü ilə çalışır və dövlətimizin apardığı ardıcıl və məqsədəyönlü siyasətə öz dəstəyini verir. Bu hər birimiz üçün qürurvericidir. Azərbaycan müəlliminin fədakarlığı bu prosesdə bir daha önə çıxmış oldu. Beləliklə, cənab Prezidentimiz İlham Əliyevin də dediyi kimi: “koronavirusla müharibədə üç əsas qüvvə çalışır, ön cəbhədə həkimlər, polislər, arxa cəbhədə isə müəllimlər”. Bəli doğrudan da belədir.
Pandemiyanın iqtisadiyyata və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı da ölkədə ciddi tədbirlər reallaşdırılmışdır. Verilən məlumatlara görə bu sahəyə 3,5 milyard manatdan çox vəsait ayrılıb. Belə ki, həyata keçirilən tədbirlərlə ölkə ərazisində dövlət və özəl sektorda işləyən minlərlə insanın əməkhaqqqısı ləngimədən vaxtında verildi. Bəli, Cənab Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir ki, bütün təhsil sahəsində çalışanların, o cümlədən bütün müəllimlərin aylıq əmək haqqları vaxtı - vaxtında tam verildi. Bunun üçün biz ölkə başçısına minnətdarıq. Mən də öz növbəmdə sıravi Azərbaycan müəllimi və Yeni Azərbaycan Partiyasının bir üzvü olaraq Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Və əminliyimi bildirirəm ki, Azərbaycan xalqı əl-ələ verib qaydalara riayət etməklə bu koronavirus pandemiyası ilə mübarizədə qalib olacaq. Prezidentimizin dediyi kimi “Biz birlikdə güclüyük” !!!

Bakı şəhəri, Pirallahı rayonu Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova.