Günü-gündən gözəlləşən Pirallahı rayonunda abadlıq işləri davam etdirilir
05 noyabr 2013 | 11:00
“Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar vardır və qəbul edilib. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq”. Azərbaycan Prezidenti İlham Əliyevin Qobustan İdman Kompleksinin açılışındakı çıxışı zamanı dediyi bu sözlər paytaxt Bakının və Azərbaycanın bütün bölgələrinin indikindən daha da gözəl olacağını və inkişaf edəcəyini bir daha təsdiqləyir. Günü-gündən gözəlləşən yeni yaranmış Pirallahı rayonunda da abadlıq işləri nəinki səngimir, əksinə getdikcə daha da sürətlənir. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi üçün genişmiqyaslı işlər görülmüşdür. Ölkənin hər yerində olduğu kimi, Pirallahı rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir.
Rayon ərazisində “Azəristiliktəchizat” ASC-yə məxsus 4 məhəllədaxili qazanxana fəaliyyət göstərir ki, bunların da hesabına rayon ərazisindəki binalar istilik enerjisi ilə təmin olunacaq.
Artıq S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən qazanxanalar sökülərək, yerində tam yeniləri inşa olunub, 40-cı məhəllədə yerləşən qazanxana isə əsaslı təmir edilib.
29-cü məhəllədə binadaxili istilik xətləri çəkilib və buradakı binalar hazırda 28-ci məhəllədə yerləşən qazanxana vasitəsilə istiliklə təmin olunacaqlar.
“Azəristiliktəchizat” ASC tərəfindən 40-cı məhəllədə yerləşən qazanxana tam təmir olunub və ilin sonuna 5 binaya istilik verilməlidir.
29-cü məhəllədə asfalt örtüyünün döşənməsi istiqamətində işlər aparılır, qanunsuz çəpərlər, hasarlar, sənədsiz qarajlar sökülür və boşadılmış yerdə avtodayanacaq tikilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, istifadə olunan beton daş səkilər Pirallahıda yenicə istismara verimiş Beton zavodunda istehsal olunur. Xatırladaq ki, bu müasir müəssisənin istehsal gücü saatda 90 kubmetr beton təşkil edir.
Qala-Pirallahı magistral yolu istiqamətində işlər qrafikə uyğun olaraq davam etdirilir və yol kənarlarında xarici görünüşə xələl gətirən qeyri-qanuni tikililər sökülür. Artıq bu magistral yolda 10 kilometr asfalt işi görülmüşdür.
Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının inşası davam edir. İnzibati binanın sahəsi 630 kvadrat metrdir. İnzibati bina üç mərtəbədən ibarət olacaq. Hazırda betonlama işləri birinci mərtəbədə gedir.
“Vətən uğrunda” abidə-kompleksin inşası və 150 N-li marşrutun son dayanacağının yerinin də S.Vurğun küçəsindəki 9-mərtəbəli binanın yanına qədər uzadılması istiqamətində də işlər davam edir.