Könüllülük hərəkatının genişlənməsi Azərbaycanın inkişafına töhfələr verəcəkdir
05 iyun 2020 | 11:00
Gəncliyin sağlam ruhlu, savadlı və yüksək mənəvi tərbiyəyə malik olması hər bir dövlət üçün önəmlidir. Çünki dövlətin inkişafı və inteqrasiyası, məhz cəmiyyətin aparıcı təbəqəsi olan gənclərin inkişaf və inteqrasiyasından asılıdır. Bəli, cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərməlidir. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir vermiş və müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin etmişdir. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə siyasətin aparıcı istiqamətlərdən biri olmuşdur.
Hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Beləliklə, Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə həmin gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət və milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalırdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövrdə qeyri-sağlam ictimai-siyasi vəziyyət, gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.
Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.
Dövlət başçısı İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dölət siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkrekt tədbirlər hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kobnetinə həvalə olunmuşdur. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla yanaşır..
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir. Dövlət başçısının 2007-ci ili “Gənclər ili” kimi elan etməsi çox mühüm tarixi hadisə idi. Bu Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edirdi. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir.
Sevindirici hal kimi qeyd etmək lazımdır ki, gənclərin fəaliyyəti könüllülük prinsipi əsasında həyata keçirilir. Azərbaycanda könüllülük hərəkatı ildən-ilə genişlənir və getdikcə həyatımızın bütün sahələrini əhatə edir. Könüllülük hərəkatı mənəvi-fiziki hazırlıq, dünya görüşünün artırılması, həmrəylik və sosial məsuliyyət hissi, eləcə də komandada işləmək və ünsiyyət yaratmaq bacarığı kimi vacib istiqamətlərdə gənclərimizin inkişafına hərtərəfli şərait yaradır. Bu gün Azərbaycan könüllüsü öz xalqına, öz vətəninə, öz ölkə rəhbərliyinə bağlıdır, ali məqsədi isə xalqa xidmət, vətənə və dövlətinə sədaqətdir. Təsadüfi deyil ki, nüfuzlu tədbirlər və yarışlardan sonra Prezident İlham Əliyev könüllülərin fəaliyyətinə xüsusi diqqət yönəldərək, onların əməyini yüksək qiymətləndirir. “Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir: Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir” deyə, dövlət başçısı öz çıxışlarında qeyd edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan olunması da dövlətin könüllülər hərəkatına böyük əhəmiyyət verdiyini göstərir.
Bu gün könüllülərin fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də sosial sahədir. Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə aparılan mübarizə tədbirləri, maarifləndirmə işləri, ahıllara, tənha vətəndaşlara və aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan insanlara dəstək xüsusunda könüllülərin göstərdiyi fəallıq aydın şəkildə müşahidə olunan reallıqlardandır. Könüllülərin fəaliyyətinin hazırda vahid mərkəzdən - Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzindən (AKƏM) idarə olunması və tənzimlənməsi isə prosesə əlavə sürət verir desək, yəqin ki, yanılmarıq. Mərkəzin vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsidir. Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib. İndiyə kimi ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir. O cümlədən rayonumuzda da könüllük fəaliyyəti yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, könüllülərimiz ehtiyacı olan ailələrə yardımların verilməsində, yaşlı vətəndaşlara köməklik göstərilməsində və əhalinin maarifləndirilməsində yaxından iştirak etmişdir. Verdikləri töhfəyə və ehtiyacı olan ən həssas əhali qrupları ilə işlədiklərinə görə onlara böyük təşəkkür düşür. Bir vətəndaş olaraq mən də könüllülərimizin əməyini yüksək qiymətləndirirəm və inanıram ki, könüllülük hərəkatının genişlənməsi bundan sonra da Azərbaycanın inkişafına böyük töhfələr verəcəkdir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri
İlqam Əskərov