Qaydalara əməl etmək hər birimizin vətəndaşlıq borcudur...
08 iyun 2020 | 11:00
Bəşəriyyət, tarix boyunca müxtəlif bəlalarla, kütləvi yoluxucu xəstəliklərlə qarşılaşmış və bunlarla mübarizə aparmışdır. Tarixi proseslərin xroniki təhlili göstərir ki, ən dəhşətli pandemiyaların qarşısında yalnız o cəmiyyətlər tab gətirə bilmişdir ki, onlarda insanların həmrəyliyi və birliyi tandem təşkil etmişdir. Cəmiyyətin həmrəy olması da öz növbəsində güclü liderin və ona olan inamın təzahürüdür. Azərbaycan da o ölkələrdəndir ki, orada vətəndaş - iqtidar birliyi və ölkə başçısına inam maksimum həddədir. Hal-hazırda dünyanın ən inkişaf etmiş ölkələrindən olan Amerikada, daha əvvəl Almaniyada və Avropanın bir çox öndə olan ölkələrində dəfələrlə sistem və vətəndaş qarşıdurmaları yaşandığı halda Azərbaycanda həmişə siyasi sabitlik və əmin-amanlıq hökm sürmüşdür. Bu xalqın öz dövlətinə və liderinə olan inamının bariz nümunəsidir.
Dünyanın hal-hazırda üz-üzə qaldığı, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi COVİD-19 virusunun fəsadları ilə indiyə qədər ən ciddi mübarizə aparan ölkələr sırasında Azərbaycanın adı daim müsbət mənada fərqlənmişdir. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən, Azərbaycan dövləti ciddi qabaqlayıcı addımlar atmış və zəruri profilaktik tədbirlər görmüşdür. Azərbaycanın lideri, Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmişdir. Pandemiyanın dalğalarının dünyaya yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoymuşdur.
Virusla mübarizə çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən infeksiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı. Azərbaycan dövlətinin bu virusla mübarizədə müəyyənləşdirdiyi əsas taktiki yol, insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Yəni dövlətimiz bir çox ölkələrdən fərqli olaraq əhalinin hansısa qrupunu təhlükə qarşısında qoymaq niyyətindən tamamilə uzaqdır. Xüsusən, karantin dövrü ərzində yaşlı nəslin qorunması və diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsi sayılabilər.
Pandemiyasının tamamilə məhv edilməsində, yer üzündən silinməsində müstəsna rol oynayan amillərdən biri də dövlət və vətəndaşların birliyi, həmrəyliyidir. Bəli, Azərbaycanın koronavirusa qarşı mübarizəsinin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn pandemiya əleyhinə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən tədbirlərə qarşı həmrəylik, eləcə də ümumbəşəri xilas ideyalarına loyallıq durur. Birmənalı şəkildə demək mümkündür ki, bu məsələdə ən öndə olan faktor Azərbaycan xalqının öz liderinə sonsuz inamıdır. Bu gün cəmiyyətdə cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin şüarı kimi bütün insanların dilində səslənməkdədir.
Mübarizənin əsas prinsiplərindən biri də insan qruplarını pandemiya mənsublarından təcrid etməkdir. Bunun üçün “Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunmaqdadır. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsi, təhlükənin miqyasını başa düşməsi üçün bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiq olunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir və heç bir sualın şübhə altında qalmasına şərait yaradılmır.
Mart ayının 24-dən elan olunmuş karantin rejiminin şərtlərini aprel ayının 5-dən etibarən gücləndirməklə ölkə ərazisində virusa yoluxma sayının minimuma endirilməsinə nail olundu. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən may ayının 18-dən etibarən şərtlərin yüngülləşdirilməsi, SMS-icazə sisteminin ləğv edilməsi qüvvəyə mindi. Lakin bu nəticələr növbəti günlərdə vətəndaşlar tərəfindən edilən laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişdi. Ölkəmizdə karantin rejimindəki məhdudiyyətlərin bir qismi aradan qaldırıldıqdan sonra əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Bu karantinin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxardı. Sərtləşmə ehtimalının ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq: “Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”. Bəli, karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski davam etməkdədir. Əhali bilməlidir ki, COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hər bir kəsin sosial məsuliyyət nümayiş etdirərək daim mövcud qaydalara, şəxsi gigiyena tədbirlərinə və zəruri profilaktik qaydalara əməl etməsi vacibdir. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları yenidən çoxala bilər. Buna görə də həftə sonu tam qapanma barədə verilən qərar vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Belə ki, Operativ Qərərgahın qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olundu. Kütləvi nəqliyyat tamamilə dayandırıldı, heç bir ictimai-iaşə obyektləri və ya xidmət sahəsinin üzvü fəaliyyət göstərmədi və xüsusi hallar istisna edilməklə insanların olduğu yerləri tərk etməsi qadağan edildi. Bununla da virusun yayılma sürətindəki artış tendensiyasının qarşısının alınması hədəfləndi. Məhz bu səbəbdən, bütün vətəndaşlarımız qoyulan qaydalara qeyd-şərtsiz əməl etməli, heç bir panikaya yol açmadan yeni vəziyyətə uyğunlaşmalıdır. Qeyd edək ki, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir. Hər birimiz anlamalıyıq ki, qaydalara əməl etməkdən başqa bir seçim mövcud deyil, bu bizim sağlamlığımız və normal həyat şəraitimizə qayıtmaq üçün tək çıxış yoludur. Əks təqdirdə virusun yayılma sürəti aşağı düşməyəcək və karantin rejiminin bitməsi daha çox vaxt alacaq. Beləliklə, hər birimiz pandemiya dövründə dövlətin qoyduğu qanunların sadəcə bizim sağlamlığımızı qorumaq üçün olduğunu bilməli və öz məsuliyyətimizi dərk edərək karantin rejimi qaydalarına ciddi əməl etməliyik.

YAP Pirallahı rayon təşkilatının könüllüsü Məmləkət Qaraçobanova