Qaydalara hörmətlə yanaşmaq və onu öz işində tətbiq etmək hər bir Azərbaycan vətəndaşının borcudur
09 iyun 2020 | 11:00
Koronavirus pandemiyasının dünyada yayılmağa başladığı ilk gündən etibarən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində saysız-hesabsız addımlar atılmışdır. Qısa müddət ərzində Operativ Qərargahın yaradılması, təhsil müəssisələrinin fəaliyyətinin tamamilə dayandırılması, böyük ticarət mərkəzlərinin, qonşu ölkələrlə sərhədlərin bağlanması və xarici ölkələrdəki vətəndaşlarımızın mərhələli şəkildə Azərbaycana gətirilməsi buna bir neçə nümunədir. Atılan uğurlu addımların nəticəsidir ki, ilkin mərhələdə insanların yoluxma sayını məhdud sayda saxlamaq mümkün olmuşdur. Lakin xüsusi karantin rejiminin yumşaldılması ilə vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə əməl edilməməsi və sosial məsuliyyətin pozulması azalmaqda olan yoluxma sayını artırmış, sağalanlara nisbətdə kəskin mənfi fərq yaradaraq ölüm sayının da artmasına gətirib çıxartmışdır. Son bir neçə günün statistikasına nəzər salsaq, həftə sonları vətəndaşların kütləvi şəkildə parklara, restoranlara, ictimai nəqliyyata getmələri yoluxma sayının qəfil və kəskin artmasına səbəb olduğunu aydın müşahidə etmiş olarıq.
Yoluxma sayının qarşısının alınması məqsədilə 06-07 iyun tarixlərində tətbiq olunan 2 günlük sərt karantin rejimi bu günə qədər bir sıra ölkələrdə, o cümlədən qardaş ölkə Türkiyədə müsbət nəticələrə gətirib çıxarmışdır. Buna görə də ölkəmizdə tətbiq olunan həftə sonu sərtləşdirilmiş karantin rejimi insanların mühafizəsi və sağlamlığının qorunması üçün atılan növbəti mübarizə metodudur. Bu addım infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə atılıb. Ümid edirik ki, sərt karantin rejiminin tətbiq olunması gələcəkdə virusun qarşısını alan ən önəmli vasitələrdən biri olacaqdır. Hər bir vətəndaş bu vacib günlərdə vətəndaş məsuliyyətini dərk etməli və dövlət tərəfindən qoyulan qaydalara riayət etməlidir. Virusun qarşısının alınması da, yoluxma sayının artmaması da insanlardan aslıdır və hər kəs bunu anlayaraq sosial məsuliyyətini nümayiş etdirməlidir. Virusdan qorunmaq üçün yeganə vasitə sosial məsafəni qorumaq, tibbi maskalardan istifadə etmək və eləcə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyə və tapşırıqlarını birmənalı olaraq əməl etməkdir. Bu pandemiya üçün əsas mübarizə formasıdır.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin 03 iyun tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı qoruyucu maskadan istifadə etməsi bütün cəmiyyət üçün mesaj xarakterli idi. Belə ki, hər birimiz dövlət başçısının atdığı bu addımdan nümunə götürərək qaydaların bizim sağlamlığımızın mühafizəsi üçün həyata keçirildiyinə və dövlət tərəfindən qorunduğumuza əmin olmalıyıq. Bundan əlavə, xüsusi karantin rejimində bizi qorumaq üçün fasiləsiz xidmət göstərən dövlət orqanları, səhiyyə təşkilatları və xüsusilə də Daxili İşlər Nazirliyinin əməkdaşlarının əziyyətini yerdə qoymayaraq, bu istiqamətdə atılan addımlara dəstək olaraq özümüzü və yaxınlarımızı qorumalıyıq. Qaydalara hörmətlə yanaşmaq və onu öz işində tətbiq etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Pirallahı rayon Mənzil-Kommunal
Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov