Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta “prezident” və “parlament” seçkiləri şou və təlxəklər tamaşasıdır
10 iyun 2020 | 11:00
Günümüzün reallığı kimi meydana çıxan beynəlxalq münasibətlər sistemindəki gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, dözümsüzlük və humanitar böhran, eləcə də pandemiya mövcud vəziyyəti daha da kəskinləşdirib. Dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın inkişafı, həyata keçirilən mühüm iqtisadi və sosial tədbirlər bu gün ölkəmizin dünya miqyasında nüfuzunu xeyli artırıb. Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət xətti həyata keçirməsi bir sıra anti-Azərbaycan və düşmən qüvvələrin müqaviməti ilə rastlaşır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı ölkəmizin uğurlarını gözü götürməyən bu qüvvələrə açıq və sərt cavab vermiş, onlara öz yerini göstərmiş, eləcə də Qondarma Dağlıq Qarabağ xunta rejimində keçirilən “prezident” və “parlament” “” seçkiləri ilə bağlı vacib məqamlara toxunmuşdur.
Əlbəttə ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi “prezident” və “parlament” seçkiləri saxtadır və sözün əsl mənasında təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti bu “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – ABŞ, Fransa və Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məzhəkəyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının isə susmağının səbəbi bəllidir. Avropa Şurası Parlament Assambleyasının əsas hədəfi ölkəmizi ləkələmək, ölkəmiz haqqında əsassız uydurmalar yaymaq və “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə də bütün dünyanın əsassız adlandırdığı və qəbul etmədiyi seçkilər haqqında Avropa Şurası səsini belə çıxarmadı. Belə olan halda obyektivlikdən, ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilərmi?! Bununla bağlı olaraq Prezident İlham Əliyev demişdir: “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Azərbaycan Prezidenti nitqində Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərin öldürülməsinin və onlara qarşı tətbiq edilən gücün, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin və həbs edilməsinin müşahidə edildiyini ifadə edib: “Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.
..........Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı.”
Xüsusilə qeyd etmək yerinə düşər ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda keçirilməsi və sadə insanların həyatının riskə atılması da diqqətə layiqdir. Lakin buna belə AŞPA səsini çıxarmadı, hətta BBC bu xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bu siyasi məzhəkəni bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışaraq özünü gülünc vəziyyətə qoydu.
Çıxışı zamanı ölkəmizin və forpost Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklərə daim sadiq olmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞPA-nın ikili standartlar ruhunda siyasət həyata keçirdiyini xatırladıb: “Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır.”
Son zamanlar aktual olan AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev axır vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, bu qurumun mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb. Prezident İlham Əliyev qeyd edib ki, heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir.
AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsinə də münasibət bildirən Prezident İlham Əliyev deyib: “Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar.”
Xəstə təfəkkürləri ilə ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-dan olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərindən danışırlar?! Dünyaya əxlaqdan, mənəviyyatdan dərs keçməyə çalışırlar?!
Cari ilin 9 fevral tarixində ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı AŞPA-nın qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb: “AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycana canı yanır?!”. Sözünə davam edən Prezident İlham Əliyev AŞPA-Azərbaycan münasibətlərini təhlil edərək maraqlı müqayisə aparıb: “Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir?!”
Çıxışı zamanı qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirən ölkə başçısı haqlı olaraq vurğulamışdır: “AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.”
Azərbaycanafobiyanın beşiyinə çevrilən AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib ki, AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərməyə cəhd edirlər, lakin bu mümkünsüzdür. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.
Azərbaycan öz müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazanmış, pandemiya dövründə qəbul etdiyi doğru qərarlarla həm öz vətəndaşlarına kömək etmiş, həm də digər dövlətlərə humanitar yardımlar göstərmişdir, tərəqqipərvər bəşəriyyətin etimadını qazanmışdır. 30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmizin kifayət qədər uğurlar qazanması danılmaz bir həqiqətdir. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilmişdir. Zirvələrdə iştirak və çıxış edən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, digər beynəlxalq qurumların, platformaların başçıları, təmsilçiləri öz iştirakları ilə dövlətimizə, şəxsən dövlət başçımıza bəslədikləri inamı, etibar və etimadı göstərmiş oldu. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.
Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında vasitəçi kimi çıxış etmişdir. Bütün bu proseslər, olaylar, tədbirlər ölkəmizin artan nüfuzundan xəbər verir, görünür, məhz belə davamlı uğurlar, qətiyyətli addımlar da öz növbəsində Azərbaycana qarşı olan qüvvələrin “azərbaycanafobiya”sını doğurur, onları ciddi narahat edir. Deməli, bu bəlaya qarşı da var qüvvə ilə mübarizə aparmalıyıq. Nəticədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanlarını getdikcə daha da genişləndirən qüdrətli bir dövlətə çevriləcəkdir.

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri