Qondarma “dövlət”, qondarma “seçki”
10 iyun 2020 | 11:00
Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, Ermənistanın siyasi rəhbərliyinin etnik təmizləmə aparması və işğal altında olan Qarabağın yuxarı hissəsində separatçı rejimin mövcudluğu Avropa Şurasının Parlament Assambleyası tərəfindən tanınmışdır (Qətnamə N1416 /2004/). Dünya ictimaiyyəti birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul etmiş, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırmışdır. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. İşğalçı Ermənistan isə işğalı qanuniləşdirmək üçün daim canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır.
Ermənistan işğal altında olan ərazilərimizdə Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub "Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd etmişdir. Bu qanunsuz hərəkət bir daha sübut etmişdir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil və ciddi cəhdlə status-kvonu uzatmağa çalışır. Beynəlxalq birlik isə işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən istənilən qondarma seçkiləri qəbul etmir və pisləyir.
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı pozuntu təşkil edən bu qanunsuz “seçkilər” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmadı. Üstəlik bu “seçki” şousunu ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar, nüfuzlu KİV-lər və görkəmli şəxslər “məqsədli təxribat”, “Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım”, “münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl” və “beynəlxalq hüquq normalarına təhdid” olaraq dəyərləndirdi. Keçirilən saxta “seçkilər”dən sonra Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar işğalçı Ermənistanın təxribatçı fəaliyyətinə qarşı etiraz səslərini bir daha ucaltdılar. O cümlədən, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Moldova, Serbiya, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan, İran və başqa ölkələr bu “seçkiləri” tanımadıqlarını rəsmi şəkildə bəyan etdilər. Bəyanatlarda xüsusi qeyd olundu ki, qondarma “seçkilər” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qızışmasına təsir göstərə biləcək siyasi addımdır. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu və Avropa İttifaqı da bu "seçkiləri" tanımadı. Avropa İttifaqı "DQR-də prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yayaraq bildirdi ki, "seçkiləri" tanımır. Bəyanatda deyilmişdir: "Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz". Qeyd edək ki, Ermənistanda da “seçki” ilə bağlı fikirlər bir mənalı deyil. Belə ki, Ermənistanda kütləvi informasiya vasitələrinin bir çox təmsilçisi “DQR”-ə gedib "seçkiləri" müşahidə etməkdən imtina edib və “Şahid” təşkilatı bəyanat verərək seçkiyə müşahidəçi göndərməyəcəyini bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək bəyanat yayıb. “Ermənistan tərəfindən ərazilərin işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən, BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir, Azərbaycan "DQR"-dəki "seçkiləri" tanımır”.
Ermənilər zəbt olunmuş ərazilərdə bundan əvvəl də analoji "seçki" şouları təşkil etmişdilər. Lakin bunun adi "seçki tamaşası"ndan başqa bir şey olmadığına sonda özləri də şahid olmuşdular. Bu dəfə də vəziyyət istisnalıq təşkil etmədi. Əksinə, analoji hallar Ermənistanın işğalçı siyasətinin ifşa edilməsinə təkan verən məqamlardan biri kimi çıxış etdi.
Bunu işğal edilmiş ərazilərdə keçirilən son qanunsuz "seçkilər"in dünya miqyasında növbəti dəfə sərt şəkildə tənqid obyektinə çevrilməsi də təsdiq edir. Qardaş Türkiyə ilk olaraq bununla bağlı sərt mövqe nümayiş etdirib. Belə ki, Türkiyənin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ separatçılarının keçirdiyi "prezident və parlament seçkiləri"ni pisləyən sərt açıqlamasında rəsmi Ankaranın bu "seçki"ni tanımadığı bildirilir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta "seçkilər” təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu "seçkiləri” tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz "seçkiləri” tanımır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli həll axtarılması cəhdlərini dəstəkləməkdə davam edəcək”.
"Seçkiləri" pisləyən bəyanatlardan biri də Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətindən gəldi. Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament" seçkilərini tanımır: "2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz. Aİ ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin "status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən, sülh yolu ilə həllinə yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır".
Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohanın verdiyi bəyanatda isə qeyd olunur ki, Dağlıq Qarabağ bölgəsi işğal altında olduğundan burada seçkilərin keçirilməsi qeyri-qanunidir və beynəlxalq norma və prinsiplərə ziddir. Beləliklə, verilən bəyanatlardan da aydın hiss olunur ki, Ermənistan belə saxta "seçki" oyunları ilə beynəlxalq ictimaiyyəti hec vaxt aldada bilməyəcək. Dağlıq Qarabağ regionunda hər hansı seçki yalnız və yalnız Azərbaycan Respublikasının qanunları əsasında keçirilə bilər. Ermənistan hakimiyyəti bu reallığı dərk etməli və tezliklə işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməlidir.
Hazırda işğalçı Ermənistandan fərqli olaraq, ölkəmizdə dinamik inkişaf gedir və Azərbaycan demək olar ki öz tarixinin ən güclü dövrünü yaşayır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsi dünyadakı anti-Azərbaycan qüvvələri o cümlədən, erməni lobbisini və onun nəzarətində olan qüvvələri ciddi şəkildə narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə ölkəmizin dünyadakı imicini zədələməyə və gedən inkişafı kölgələməyə çalışırlar. Bunun üçün istifadə olunan metodlar isə artıq hamımıza tanışdır.
AŞPA tərəfindən Azərbaycanla əlaqədar qondarma "siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, "Azərbaycanda demokratik institutların fəaliyyəti”, qəbul edilmiş sifarişli "hesabat”lar və s. adıçəkilən təşkilatın ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu açıq şəkildə göstərir. Şübhəsiz ki, bu cür qərəzli münasibətin yaranmasında erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələr, o cümlədən bəzi insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq QHT və müxtəlif KİV nümayəndələrinin iştirakı var. Bu eyni zamanda Avropa Şurasının Azərbaycana qarşı ikili standartlar siyasəti dalğasının uzun müddətdir ki, davam etdiyinin göstəricisidir. Bununla bağlı dövlətimizin başçısı demişdir: “AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”.
Bəli, heç kimə sirr deyil ki, AŞPA-da saxta məlumatlar əsasında "məruzələr” dərc olunur və "qətnamələr” qəbul edilir. Bununla yanaşı, təşkilatın "hesabat” və "monitorinqləri” müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiq məqsədi daşıyır. Ölkəmizi daim hədəf götürən AŞPA, eyni zamanda, digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur, Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəsləyir.
AŞPA tərəfindən müxtəlif vaxtlarda insan hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş "hesabatlar”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 25 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilməməsi isə acı təəssüf doğurur. Bununla yanaşı, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Amma bunun qarşılığında Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Ermənistanın təcavüzü nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə bağlı real təsiri olan heç bir qərar qəbul edilməmişdir. Bəli, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdən etibarən daim hədəf seçiliblər. Bu təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Ancaq bu da vurğulanmalıdır ki, atılan heç bir addım, heç bir qarayaxma kampaniyası Azərbaycanı yolundan döndərəbilməz. Bunu ölkə başçısı da çıxışında qətiyyətlə söyləmişdir: “AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir”.
Bundan əlavə, Ermənistanda son illərdə baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi də acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Bu səbəbdən beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Buna baxmayaraq, Azərbaycan dövləti anti-Qərb mövqeyində deyil və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır.

Samir Hüseynov