Koronavirusla mübarizədə birlik, həmrəylik və məsuliyyət əsas silahlardır
11 iyun 2020 | 11:00
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı oldu. Açılış zamanı həkim kollektivi ilə də görüşən ölkə başçısı burada vacib açıqlamalar vermiş və ölkəmizdə virusla bağlı son vəziyyəti şərh etmişdir.
Azərbaycan xalqı və dövlətinin tarixi sınaq qarşısında qaldığı bu günlərdə ölkə başçısı insanların sağlamlığının dövlət üçün əsas prioritet olduğunu çıxışında xüsusilə vurğulamışdır. Prezident İlham Əliyev demişdir: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Bəli, Azərbaycan dövləti virusun ölkə ərazisində yayıldığı ilk günlərdən etibarən insanların sağlamlığının qorunması, virusun geniş kütlələrə yayılmasının qarşısının alınması üçün heç bir iqtisadi itkini düşünməyərək vətəndaşlarının sağlamlığı üçün mütəmadi addımlar atmışdır. Bir çox inkişaf etmiş ölkənin belə qarşısında aciz qaldığı virusa qarşı Azərbaycan dövləti maksimum peşəkarlıqla mübarizə apardı. Dəqiq desək dünyanın 150-dən çox ölkəsinin pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq üçün beynəlxalq maliyyə qurumlarına müraciət etmək məcburiyyətində qaldığı bir vəziyyətdə Azərbaycan nəinki özü-özünü təmin etdi hətta koronavirusla mübarizə məqsədilə 30-a yaxın ölkəyə maliyyə, avadanlıq və tibbi ləvazimat dəstəyi verdi. Bu ölkə başçısının dəqiq, düşünülmüş və gələcəyə hesablanmış siyasətinin məntiqi nəticəsidir. Ölkə başçısının da qeyd etdiyi kimi, virusla mübarizə çərçivəsində atılan ilk addımlar vətəndaşların maddi vəziyyətlərinin pisləşməməsi ilə bağlı olmuşdur. Belə ki, dövlət tərəfindən 600 min insana iki ay ərzində 190 manat birdəfəlik vəsaitin verilməsi, ünvanlı dövlət sosial yardıma əlavə 12 min ailənin cəlb edilməsi, dövlət və müxtəlif təşkilatlar tərəfindən minlərlə aztəminatlı ailəyə ərzaq yardımlarının çatdırılması dövlətin vətəndaşlarına ayırdığı diqqəti görmək üçün kifayətdir. Vətəndaşlar da öz növbəsində dövlətin atdığı addımlara biganə qalmayaraq dövlət başçısına olan dəstəyini əyani göstərərək, ona minnətdarlıqlarını bildirmək üçün minlərlə təşəkkür və minnətdarlıq teleqramlarını prezidentə ünvanlamış və onun ətrafında sız birləşəcəklərini hər fürsərdə vurğulamışlar. Beləliklə, ölkəmizdə pandemiyaya qarşı mübarizə vətəndaş-iqtidar birliyinin ən yüksək həddə çatdığı bir atmosferdə davam etmişdir. Bizim virusa qarşı ən böyük silahımız dövlətə olan inam, dövlət başçısının hər tapşırığına qeyd-şərtsiz əməl etmək üzərində qurulmuşdur.
Bundan əlavə səhiyyə sistemində və sənaye sahəsində qısa müddətdə əldə olunan nailiyyətlər də dövlətin apardığı uğurlu siyasətin açıq göstəricisidir. Xüsusilə arxa-arxaya modul tipli xəstəxanaların inşa olunması, ən müasir standartlara cavab verən labaratoriyaların yaradılması, tibbi maska, kombinezon və digər virus əleyhinə vasitələrin emal olunduğu zavodların açılışı dövlətimizin istənilən gözlənilməyən vəziyyətlərə hazırlıqlı olduğunun və adekvat reaksiya göstərdiyinin ən açıq nümunəsidir. Bununla bağlı ölkə başçısı vurğulamışdır: “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq”. Beləliklə, koronavirus pandemiyası ilə mübarizə bir daha həm bizə, həm də dünyaya göstərdi ki, Azərbaycan sosial dövlətdir və ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə ən ali idarəetmə metodları ilə idarə olunur. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində də dəfələrlə etiraf olunub və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilib. Beləliklə, ölkəmiz dünyaya nümunə olacaq mübarizə göstərərək vətəndaşların sağlamlığının qorunması üçün lazımi hər cür tədbiri görür.
Eyni zamanda, Azərbaycan nadir ölkələrdəndir ki, burada virusa yaxalandığı təsbit olunan hər vətəndaş xəstəxanada müalicə olunaraq, sağlamlığına yenidən qovuşması üçün tədbirlər görülür. “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”. Ölkə başçısının bu sözləri də bir daha təsdiq edir ki, ölkəmizdə virusa qarşı aparılan mübarizə dünyanın ən inkişaf etmiş ölkələrilə nəinki ayaqlaşır, hətta onları qabaqlayır da.
Azərbaycanda karantin şərtləri ilə bağlı da dünya səviyyəsində xüsusi şərait yaradılıb. Belə ki, karantinə alınan vətəndaşlar üçün 4-5 ulduzlu otellər və Atletlər Kəndi müəyyən olunub ki, burada vətəndaşlar üçün yaradılan şərait həqiqətəndə üst səviyyədədir. Bunu karantində olan vətəndaşlar da etiraf edərək, onlara ayrılan diqqət üçün ölkə başçısına minnətdarlıqlarını bildirmişlərdir.
Son olaraq vurğulanmalıdır ki, dövlət tərəfindən göstərilən diqqət sadəcə ölkəmizdə olan vətəndaşlar üçün deyil, eyni zamanda ölkəmizdən xaricdə olan vətəndaşlar üçün də keçərlidir. Belə ki, xaricdə olan minlərlə vətəndaşımız bütün mümkün vasitələrdən istifadə olunaraq dövlət vəsaiti hesabına təxliyə edilib və bu proses hələ də davam etdirilir. Ölkə başçısı bununla bağlı bildirmişdir: “Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun”. Bəli, ölkəmizdə bir vətəndaş belə yoxdur ki, dövlət qayğısı ilə əhatə olunmasın. Hər bir vətəndaşımız bu çətin dövrdə bir daha anladı ki, Azərbaycan dövlət başçısı hətta ən çıxılmaz vəziyyətlərdə belə ilk olaraq vətəndaşının həyat və sağlamlığının təmin etməyə çalışır. Bu hər birimizdə dövlətimizə və dövlət başçımıza olan inamı daha da artıraraq, öz seçimimizdə yanılmadığımızı sübut etdi.
Çıxışının sonunda ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkimlərin fəaliyyətin və fədakarlığını yüksək qiymətləndirərək onları ayaq üstə alqışladı. Şübhəsiz ki, bu virusa qarşı mübarizənin ön cəbhəsində olan fədakar həkim və tibb personalı üçün qürur və motivasiya qaynağı oldu. Ölkə başçısının sözləri də həkimlərə verilən yüksək qiyməti bir daha ortaya çıxardı. “Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.
Beləliklə, Azərbaycan xalqı dünyanı bürüyən qlobal pandemiyaya ölkə rəhbərliyinin güclü siyasi iradəsi, düşünülmüş, uzaqgörən addımları və xalqın həmrəyliyi ilə qalib gələcək. Biz buna tam inanırıq və bu yolda hər bir vətəndaşımızdan sosial məsuliyyət tələb edərək, öz ailəsinin və xalqının sağlamlığı üçün cavabdeh olmağa çağırırıq. Ölkə başçısının da dediyi kimi, “Biz birlikdə güclüyük!”.
186 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi
Təranə Cavanşirova