AŞPA-nın fəaliyyəti bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmür
11 iyun 2020 | 11:00
Bu gün Azərbaycanı beynəlxalq miqyasda xarakterizə edən başlıca xüsusiyyətlər onun sürətli iqtisadi inkişafı, həyata keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğunun formalaşdırılması üçün gördüyü işlər və vətəndaş cəmiyyətinin daha da tərəqqi etməsi istiqamətində atdığı konkret addımlardır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilərək uğurla davam etdirilməkdədir. 30 ilə yaxın bir müddətdə müharibə şəraitində yaşayan, torpaqlarının 20 %-nin işğal edildiyi bir ölkədə əldə olunan bu nailiyyətin əsas səbəblərindən biri xarici əlaqələrin düzgün qurulmasıdır. Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə isə Ermənistanın ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Azərbaycan Respublikasının xarici siyasətində ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması xüsusi yer tutur. Danışıqlar prosesində Azərbaycan Respublikasının tutduğu prinsipial mövqe ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən və bu yolda heç bir güzəştə gedilməməsindən ibarətdir.
Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əsasda həlli Cənubi Qafqazın gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edir, çünki yalnız bu başlıca şərtin yerinə yetiriləcəyi təqdirdə regional əməkdaşlıq və bölgənin perspektiv inkişafı mümkündür. Qarabağ münaqişəsi bu günə kimi Cənubi Qafqazda sabitliyə, inkişafa və avrointeqrasiyaya ciddi əngəl törətməkdədir.
Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin təəssüflər olsun ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində birbaşa məsul olan AŞPA Qarabağla bağlı ədalətsiz və qərəzli mövqe tutmağa davm etdi. Bu isə ölkəmizi öz hüquq və hərbi gücündən istifadə edərək münaqişənin hərb yolu ilə həllinə aparır. Dünyanın hal-hazırda üz-üzə qaldığı, ən inkişaf etmiş dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi COVİD-19 virusunun fəsadları ilə mübarizə aparıldığı bir dövrdə Qondarma “respublikada” seçkilərin keçirilməsinə bəzi Qərb dövlətləri, AŞPA və bir sıra təşkilatlar “göz yumsa” da, beynəlxalq ictimaiyyət tərəfindən gülüş və tənqid hədəfinə çevrildi.
Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib çıxış etmiş və açıqlamalar vermişdir. Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: “Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır”.
AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını vurğulamaqla, Azərbaycanın müstəqil siyasət yeritdiyini və öz ərazi bütövlüyü istiqamətində beynəlxalq arenada qətiyyətli mövqe nümayiş etdirmək iqtidarında olduğunu sübuta yetirdi.
“......Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir”.
AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəlindiyini qeyd edən Prezident İlham Əliyev belə davam edib: “AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”. Bəli, artıq uzun illərdir ki, bu qurum Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə xüsusi olaraq seçilir. Bu qurumda mövcud olan islamafobiya və ikili standartlar hər dəfə ən yüksək səviyyələrdə tənqid olunsa da bundan nəticə çıxarmaq əvəzinə əksinə Azərbaycana qarşı daha da qərəzli mövqe nümayiş etdirməkdə davam edirlər. Bunun da səbəbləri var. Çünki həmin təşkilatda sifariş əsasında Azərbaycan əleyhinə fəaliyyət göstərən qruplar kök atıb. Ölkə başçısı doğru olaraq onları ikiüzlülükdə ittiham etdi və böyük ölkələrdə baş verən hadisələrə susqun qalmalarını misal çəkdi.
Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizdə tutduğu yer barədə fikirlərimizi yekunlaşdırmaq üçün cənab Prezidentin sözlərini təkrarlamaq zərurəti hiss olunur: “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”. Bəli, dövlət başçımızın həmin qətiyyətinin nəticələrini artıq ölkəmizdə, regionda, eləcə də bütün dünyada hamı görür və eşidir. Gec-tez sülh ya da mübaribə yolu ilə olmasından asılı olmayaraq biz istəyimizə nail olacaq və əzəli torpaqlarımızı geri qaytaracağıq.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri
Hikmət Şikarov