Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən uğrunda” abidə-kompleksinin inşası davam edilir

06 noyabr 2013 | 11:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı və uğurla həyata keçirilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası günü-gündən genişlənir.
 Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. Son zamanlar həyata keçirilən layihələr, aparılan genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri Pirallahı rayonunun mənzərəsini xeyli dəyişib.
  Görülən işlərin tərkib hissələrindən biri olan “Vətən uğrunda” abidə-kompleksinin inşası uğurla davam etdirilir. Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan rayonun igid oğullarının əziz xatirəsi Pirallahı qəsəbəsində inşa ediləcək “Vətən uğrunda” abidə-kompleksində əbədiləşdiriləcəkdir. Kompleksin ümumi sahəsi 2800 kvadrat metr təşkil edir. Əvvəlki kompleksdan fərqli olaraq yeni layihə ilə inşa olunan hazırki kompleks, aypara formasında inşa edilir və yuxarıdan baxanda aypara və səkkizguşəli ulduz şəklində görünəcək. Hal-hazırda “Vətən uğrunda” abidə-kompleksin ətrafında işlər sürətlə davam etdirilir. Kompleksin ətrafındakı binaların dam örtükləri dəyişdirilir, fasad hissələri isə yenilənir.

Keçidlər