Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu
15 iyun 2020 | 11:00
1993-cü ilin iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublikamızda tüğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin, Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən həmin çətin ağır günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının mübarizəsinin tarixində ən mühüm hadisədir.
Mili Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir.
1993-cü il 15 iyuna qədər ölkədəki kriminogen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgələrini tərk edərək hakimiyyəti ələ keçirtmək məqsədi ilə Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı, Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binalarını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus etnik qruplar arasında kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq ABŞ konqresi Dağlıq Qarabağ münaqişəsini əsas götürərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişdə məhz Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdi.
Azərbaycan dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf perspektivlərinin üstündən xətt çəkmişdi.
Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərlərinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzbəüz qaldığı bir zamanda AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət etməkdə gördü.
Ulu Öndər Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddət ərzində daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin olundu. Dağlıq Qarabağ münaqişəsində o zaman üçün çox vacib olan atəşkəs müqaviləsi imzalandı. Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. İqtisadi problemlərin əhəmiyyətli dərəcədə həll edilməsi üçün mühüm addımlar atıldı və bir çox məsələlər öz həllini tapdı. İqtisadi sahələri tənzimləyən bir çox qanunlar qəbul edildi və xarici Sərmayələrin ölkəyə cəlb olunması üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandı. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Bu dövrdə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən ən mühüm addım 1994-cü ilin 20 sentyabrında dünyanın enerji nəhənglərinin iştirakı ilə “Əsrin Müqaviləsi”nin imzalanması oldu. Uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində sərmayə yatırıldı. “Əsrin Müqaviləsi” çərçivəsində istehsal olunan xam neftin dünya bazarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsi uğurla həll edildi.
Xarici siyasət sahəsində də mühüm addımlar atıldı. Dünyanın müxtəlif ölkələrinin dövlət başçıları ilə ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail olundu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Milli Məclisin həmin gün keçirilən iclasında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. Bütün çətinliklərə, maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur və 15 iyun- Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Ulu Öndərin layiqli siyasi varisi İlham Əliyev cənabları 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummili Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə çıxartmışdır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxsahəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.

Milli Məclisin deputatı
Rauf Əliyev