Hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir
17 iyun 2020 | 11:00
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alındıqdan sonra ölkədə infeksiyanın geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşların sağlamlığını qorumaq üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin sərəncamına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı, ilk olaraq İranla və sonra isə bütün dünya ilə hava, quru və su sərhədləri bağlandı, xüsusi karantin rejimi tətbiq olunaraq zəruri olmayan bütün ictimai iaşə obyektləri və ticarət obyektləri, parklar və digər ümumi istirahət zonalarının fəaliyyəti dayandırıldı. Atılan düzgün və vaxtında addımların nəticəsində ilkin mərhələdə müsbət meyillər müşahidə olunmağa başlandı, pandemiya nəzarət altına alındı və yoluxma sayları minumum səviyyələrə endirildi.
Prezident İlham Əliyev Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska və tikiş fabriklərinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı da bu məsələni bir daha vurğuladı: " Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır.” Prezident İlham Əliyev həmçinin pandemiyaya qarşı ölkəmizin əldə etdiyi bu nailiyyətləri ehtiyatsızlıq üzündən əldən verməmək üçün vətəndaşları məsuliyyətli olmağa dəvət etdi: "Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Son zamanların müsbət dinamikasını nəzərə alaraq yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər”.
Bəli, ölkədə mayın 15-dən etibarən yumşaldılma tədbirləri tətbiq olunmağa başlandı. Yumşaldılma ilə SMS icazə sistemi, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına olan qadağalar ləğv edildi, restoran, kafe, çay evləri və bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət, bulvar və parklara giriş, muzey və sərgi zallarının fəaliyyəti bərpa olundu. Ancaq təəssüf ki, qadağalar aradan qaldırıldıqdan sonra yoluxma sayında sürətli artımlar meydana gəlməyə başladı. Hal-hazırda gündəlik yoluxma sayı 300-dən çoxdur ki, bu vəziyyət, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının “”qırmızı xətt" aktiv xəstə sayının 200-dən yuxarı olmasıdır” fikrinə əsasən kritik həddə olduğumuzu deməyə əsas verir. Yoluxma sayındakı kəskin artımın ən təməl səbəbi vətəndaşların pandemiyanın qarşısını almaq üçün edilən tövsiyələrə əvvəlkinə nisbətən daha az əməl etmələri və qaydalara etinasızlıqları oldu. Bəli vətəndaş etinasızlığı Azərbaycanda vəziyyətin kritik həddə çatmasına səbəb yaratdı.
Bunun qarşısının alınması və vəziyyətin yenidən nəzarətə götürülməsi üçün TƏBİB-in təklifi ilə sərt karantin rejiminin tətbiq olunması qərarı dövlət tərəfindən qəbul edildi. Sərt karantin rejimi həftə sonları tam qapanmanı nəzərdə tutur. Belə ki, ictimai və fərdi nəqliyyatın hərəkətinin dayandırılması, küçəyə çıxmanın və iş rejiminin məhdudlaşdırılması, mağazalar və ictimai iaşə obyektlərinin fəaliyyətinin tam dayandırılması sərt karantin rejiminin tələblərindəndir. Qərarların pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər inzibati və cinayət məsuliyyəti daşıyacaqlar. Sərt karantin rejimi artıq 2 həftədir ki tətbiq olunur. Ümid edirik ki, bu, istənilən nəticələrin əldə olunmasına kömək edəcək və ölkəmizdə pandemiya yenidən səngiyərək, tədricən yox olacaq.
Əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti sərt karanin rejiminin qaydalarına əməl edir və sağlamlıqlarını qoruyur. Cənab Prezident özü də bunu çıxışı zamanı vurğulamışdır: “Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir”.
Virusa yoluxma hallarının qarşısını almaq üçün hər birimiz sanitar-gigiyena qaydalarına əməl etməli, qapalı məkanlarda qoruyucu maskadan istifadə etməli, məsafə saxlamalı və xüsusi ehtiyac yaranmadığı halda özünütəcrid prinsipinə üstünlük verməliyik. Bundan əlavə ÜST-ün və TƏBİB-in tövsiyyələrinə diqqət yetirməli və mütləq olaraq əllərimizi tez-tez yumalı və spirtlə dezinfeksiya etməliyik. Bunlar həm özümüzü qorumaq, həm də çevrəmizi qorumaq üçün əməl edəcəyimiz sadə qaydalardır. Cənab Prezident İlham Əliyevin müxtəlif vaxtlarda açılışlarda iştirak edərkən qapalı yerlərdə maskadan istifadə etməsi də hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri
Təranə İskəndərova