İnkişafa və aydınlığa doğru gedən Azərbaycan...
18 iyun 2020 | 11:00
Azərbaycanda kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə postpandemiya dövründə daha da geniş vüsət aldı. "Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq......... Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır". Azərbaycan Prezidentinin "kölgə iqtisadiyyatı"na dair səsləndirdiyi bu fikirlər ölkədə aparılan mübarizənin miqyasının başa düşülməsi üçün kifayətdir. Ölkə başçısı kölgə iqtisadiyyatının aradan qaldırılmasını ölkədə prioritet istiqamətlərdən birinə çevirib. Çünki bu islahatlar iqtisadi inkişafın təminatının vacib şərtlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.
Bu gün sivil ölkələrin demək olar ki, hamısı kölgə iqtisadiyyatından əziyyət çəkir. Bunun aradan qaldırılması və kölgə iqtisadiyyatının həcminin azaldılması üçün dövlət tərəfindən dəqiq, düşünülmüş siyasət həyata keçirilməli və sistemli mübarizə aparılmalıdır. Ancaq qeyd edək ki, indiyə qədər dünyanın heç bir ölkəsində kölgə iqtisadiyyatının tam aradan qaldırılması mümkün olmayıb. Hətta ən inkişaf etmiş ölkələrdə belə müəyyən qədər kölgə iqtisadiyyatı mövcuddur.
Kölgə iqtisadiyyatının bu qədər böyük problem olaraq qəbul edilməsinin əsas səbəbi onun yalnız vergilərdən yayınmağa şərait yaratmaqla qalmayıb həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaratmasıdır.
Bu gün ölkəmizdə həyata keçirilən islahatlar-ölkə ərazisində inkişafa, insanların həyat və şəraitlərinin yaxşılaşmasına, ölkəmizin digər inkişaf etmiş dövlətlərdən geri qalmamasına yönəlmişdir. Məhz aparılan sistemli islahatların nəticəsidir ki, 2020–ci ilin I rübündə dövlət büdcəsinə qeyri – neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 milyard manatı üstələmişdir. Beləliklə, ölkəmizin malik olduğu neft sərvətləri hesabına tarazlı iqtisadiyyatın qurulması qeyri – neft sektorunun inkişafına gətirib çıxardı. Neft sektorundan əldə edilən gəlirlər qeyr-neft sektorunda mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə səbəb oldu. Qeyd edək ki, qeyri – neft sahələrinin irəliləyişi ilk növbədə, ölkədə mikroiqtisadi sabitliyin qorunmasını tələb edir. Ölkənin durmadan artan maliyyə imkanları hesabına uğurlu layihələr həyata keçirilir ki, bu layihələr Azərbaycanın modernləşdirilməsinə şərait yaradır.
Postpandemiya dövründə dövlət tərəfindən qərarların vaxtında verilməsi onu göstərdi ki, hökumət sağlam, dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırmaq üçün çalışır. Sahibkarlıq subyektlərini “kölgə”də deyil “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergiləri ödəyən, işçilərin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən bir quruma çevirməyə çağırır. Bununla yanaşı dövlət biznesə geniş imkanlar yaradır, onlara müxtəlif vasitələrlə dəstək verir, güzəştlər edir ki, azad rəqabət mühitində daha yaxşı işləyib, kar əldə edə bilsinlər. Göründüyü kimi ölkəmizdə dövlət biznesin arxasındadır.
Yeni iqtisadi münasibətlər şəraitində biznes mühitinin daha da yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, məşğulluq sahəsində əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı ardıcıl, prinsipial islahatlar davam etdirilməkdədir. Biz əminik ki, pandemiya zamanı dövlətin biznesin müxtəlif sektorlarına dəstək göstərməsi mənfi halların tamamilə aradan qaldırılmasına səbəb olacaqdır.
İnkişaf etmiş iqtisadi sistem yüksək sosial təminat deməkdir. Başqa sözlə, iqtisadiyyatı güclü olan dövlətin vətəndaşı da zəngin olur. İqtisadiyyatın inkişafını ləngidən səbəblər birbaşa vətəndaşın güzəranına da təsir edir. Buna görə də qanunsuz yollarla əldə olunan gəlirlərin həcminin azaldılması və “kölgə”də qalan iqtisadi sahələrin aşkara çıxarılması vacibdir. Hazırda dövlət tərəfindən vətəndaşın sosial təminatının qorunması üçün geniş islahatlar həyata keçirilir. Lakin bəzi hallarda vətəndaşlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər və fərqinə varmadan sosial təminatlarını təhlükə altına salırlar. Nəticədə, illərlə işləyib, sonda az məbləğdə pensiya almalı olurlar. Bəzi hallarda isə pensiya almaqdan, ümumiyyətlə, məhrum olurlar. Buna görə vətəndaşlar da təşəbbüskar olmalı və ölkə iqtisadiyyatının “kölgə”dən tam çıxmasına yardım etməlidirlər. Onlar iş yerlərində əmək müqaviləsini tələb etməli, vergiləri ödəməli, qanunsuz yollarla gəlir əldə etməkdən birdəfəlik imtina etməli, öz hüquqlarını müdafiə etməyi bacarmalı və şəffaf fəaliyyətə can atmalıdırlar.
Ölkə başçısı cənab İlham Əliyev heç bir zaman xalqımızdan öz qayğı və diqqətini əsirgəməmişdir. Dünyanı lərzəyə salan, minlərlə insanların ölümünə səbəb olan pandemiya şəraiti belə millətimizin qaranlıqda qalmasına nail ola bilmədi. Keçirilən əsaslı islahatlar nəticəsində dövlət və özəl sektorda işçilərin işdən çıxarılmasına, ixtisarına yol verilmədi. Hətta məzuniyyətə çıxan insanların əməkhaqqlarının saxlanması yolunda ciddi işlər aparıldı. Nəticədə, qeyd olunan məlumata görə 2020 – ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik, o cümlədən özəl sektorda 94 minə yaxın artım oldu. Dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərdi. Məlumdur ki, pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində onların da sosial müdafiəsinin nəzərə alınması təmin edildi. Cənab Prezidentin tapşırığı ilə pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində 190 manat birdəfəlik müavinət verildi.
Beləliklə, Azərbaycan, ölkə başçısı cənab İlham Əliyevin yeni iqtisadi strategiyası əsasında inkişaf dinamikasını davam etdirir və bütün dəyişikliklər yalnız bir hədəfə yönəlib: Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması! Hazırda Azərbaycan Respublikası və onun lideri İlham Əliyev apardığı vətəndaş yönümlü siyasətlə dünya xalqlarına nümunə olacaq bir dövlətdir. Biz hər birimiz Azərbaycanda yaşadığımıza görə xoşbəxtik və biz öz dövlət başçımızla fəxr edirik.

Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli tam orta
məktəbin müəllimi Qasımova Aysel