Ermənistanın daxili və xarici aləmdə acınacaqlı vəziyyəti
19 iyun 2020 | 11:00
Bütün dünyada əsas gündəm maddəsinin koronavirus pandemiyası olduğu bir vaxtda bədxah qonşumuz Ermənistanın gündəmi tamamilə fərqlidir. Dünyanın geri qalanından təcrid olunmuş bu kiçik dövlətin gündəmi siyasi çaxnaşmalar və vətəndaş narazılıqlarıdır. Ölkədə vəziyyət artıq demək olar ki, böhran həddinə çatmışdır.
Belə ki, parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefaya çağırmasının ardından 2020-ci il iyunun 16-da ana müxalifət bloku hesab olunan "Çiçəklənən Ermənistan" partiyasının sədri, milyonçu Qaqik Çarukyanın deputat toxunulmazlığı ləğv edilib və o ifadə vermək üçün istintaqa cəlb edilib. Çarukyanın həbs ediləcəyi də istisna olunmur.
Hadisələrin əvvəlində, 14 iyun tarixində N.Paşinyan müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavab olaraq, Partiyanın sədri Q.Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı və elə həmin gün Təhlükəsizlik Xidməti əməkdaşları Çarukyanın evində axtarış apardı. Bu onsuzda gərgin olan siyasi atmosferi daha da gərginləşdirdi və Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirməyinə səbəb oldu. Mitinqdə “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarları səsləndirildi. Ermənistan mətbuatının iddialarına görə mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. Bundan sonra 17 iyun tarixində Çarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı alınıb və yüzlərlə vətəndaş saxlanılıb. Polis hətta aksiyanı işıqlandıran jurnalistlərə qarşı belə güc tətbiq edib. Qeyd edək ki, Çarukyan qanunsuz oyun biznesi qurub vergidən yayınmada; 2017-ci ilin parlament seçkisi kampaniyasında seçiciləri əla almaq üçün rüşvət verməkdə və Kotayk vilayətinin Arinc icmasında qanunsuz torpaq əldə edib dövlətə ziyan vurmaqda günahlandırılır.
Beləliklə, hadisələrin ardıcıllığına nəzər yetirsək məsələnin mahiyyətini tam dərk edə və hazırkı baş nazir Nikol Paşinyanın bütün siyasi rəqiblərini necə sıradan çıxardığını müşahidə edə bilərik. Özünü demokratiya aşiqi kimi qələmə verən Paşinyan, əslində daxilən despot bir şəxsdir və hakimiyyət müddətini uzatmaq üçün bütün demokratik prinsipləri alt-üst etməyə hazırdır. Nikol Paşinyanın yeganə məqsədi rəqiblərini, onunla eyni mövqeni bölüşməyən siyasətçiləri və iş adamlarını müxtəlif vasitələrlə sıradan çıxarmaqdır.
Çarukyanın məhz Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması isə baş verənlərin siyasi motivlərdən ibarət olduğunu deməyə əsas verir. Hadisələrin bizim üçün ən maraqlı olan tərəfi isə baş verənlərə beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin və ümumən bir sıra Qərb təşkilatlarının reaksiyası daha doğrusu, reaksiyasızlığıdır. Ölkəmizdə baş verən ən kiçik hadisələri belə öz maraqlarına uyğun olaraq siyasiləşdirib, demokratik prinsiplərin pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları bu məsələ bağlı heç bir bəyanat vermir və hər şeyi görməzdən gəlirlər. Bu “diqqətsizliklərin” fərqində olmayan həmin qurumlar anlamalıdırlar ki, özləri demokratiyanın tələblərini kobud şəkildə pozur, obyektivliklərini ciddi şübhə altında qoyurlar. Artıq bu əməlləri ilə “azadlıq çarçısı” olan beynəlxalq təşkilatlar hazırladıqları hesabatların reallıqla əlaqəsi olmadığını, ancaq müəyyən dairələrin maraq qruplarına xidmət etdiyini sübut etmiş oldular. Ancaq bu da bizi çox heyrətləndirmir, çünki bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vuraraq, tərəfli mövqe nümayiş etdirir. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclıq aksiyasının ardından vəfat etdikdə də reaksiya verilməmiş və məsələ heç müzakirə belə olunmamışdı. Analoji hal ölkəmizdə baş versəydi şübhəzsiz ki, Qərb tərəfindən, xüsusilə də AŞPA kimi ölkəmizə qarşı qərəzli mövqedə olan təşkilatlar tərəfindən Azərbaycana qarşı sanksiyalar tətbiq olunar və ciddi rezonans yaranardı.
Qərbin ikili standartlarının ən bariz nümunəsi isə Ermənistanda keçirilmiş seçkilərə verdikləri reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkilərində seçkiləri müşahidə edən Qərb təşkilatları Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyini bildirmişdi, lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Təkcə bu fakt belə Qərbin, seçki saxtakarlıqlarına göz yumduğunu və yalan bəyanatlar verdiyini sübut etmək üçün kifayətdir. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş seçkilərə toxunaraq, demişdir: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Bu da indiyə qədər keçirilən seçkilərin ölkə daxilndə şübhəylə qarşılandığını göstərməkdədir.
Nikol Paşinyan sadəcə siyasi müstəvidə deyil, eyni zamanda sosial müstəvidə də sınaq qarşısındadır. Ermənistan əhalisinin böyük hissəsinin narazılığının digər bir vacib səbəbi də koronavirus pandemiyasına qarşı dövlət tərəfindən aparılan yetərsiz mübarizədir. Əhalisi cəmi 2 milyon 961 min nəfərdən ibarət olan Ermənistanda yeni növ koronavirusa yoluxma sayı 18 min 33 nəfər, virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 8 min 52 nəfərdir. Qeyd edək ki, əhalisinin sayı 10 milyon 140 min nəfər olan ölkəmizdə bu rəqəmlər müvafiq olaraq, 10 min 991 nəfər və 4 min 783 nəfərdir. Beləliklə, əhalisinin say nisbəti 3 dəfədən çox olan iki ölkə arasında virusa yoluxma və virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı demək olar ki 2 dəfə fərq təşkil edir. Bu Ermənistan üçün həyəcan təbilinin çalındığının göstəricisidir. Üstəlik səhiyyə sistemi demək olar ki, bərbad vəziyyətdə olan Ermənistanın bu vəziyyətə çox tab gətirə bilməyəcəyi də aydındır. Bununla bağlı bir statistika daha verərək situasiyanın daha aydın görünməsinə şərait yarada bilərik. Belə ki, 18 iyun tarixində Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində çıxışı zamanı Paşinyan özü bildirmişdir ki, koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım alıblar. Azərbaycan isə pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi hələ də davam etdirməkdədir. Bu müqayisə Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırır və Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənməklə məşğuldur. İki ölkə arasındakı fərq, şübhəsiz ki, lider səviyyələrinin də nəticəsidir. İlham Əliyev Paşinyandan aşkar olaraq üstündür. Bu üstünlük beynəlxalq arenalarda dəfələrlə özünü göstərib. Belə ki, Münhen Təhlükəsizlik Konfransında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında və son olaraq “Şərq Tərəfdaşlığı” sammitində Paşinyana verdiyi cavablarla və siyasət dərsi ilə İlham Əliyev aradakı fərqi açıq şəkildə Paşinyanın üzünə vurub. Ermənistanın baş naziri Nikol Paşinyan heç bir halda nə dünyagörüşü, nə də idarəçilik bacarığı baxımından Azərbaycan prezidenti İlham Əliyevin səviyyəsində ola bilməz. Bütün dünya da bunun fərqindədir, xüsusilə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan tərəfinin aşkar üstünlüyünü dünyanın ən tirajlı mətbuat orqanları, politoloqları və dövlət nümayəndələri qəbul etdilər. Bu Azərbaycanın və onun liderinin siyasi qələbəsidir.
Paşinyanın “Şərq Tərəfdaşlığı” sammitində əsassız iddialar ortaya qoyması və Prezident İlham Əliyevin ona sözün əsl mənasında “yerini göstərməsi” səviyyə fərqini bir daha ortaya qoydu. Paşinyan çıxışında Ramil Səfərovun əfv olunması ilə bağlı Azərbaycan hakimiyyətini günahlandırdı. Eyni zamanda yalan bəyanat verərək, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim etdi. Sözü gedən qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi. Ancaq bunlar tamamilə uydurmadan ibarətdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittihamı edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi. Paşinyanın sərsəm bəyanatlarına Azərbaycan prezidentinin cavabı isə tutarlı və sərt oldu. “Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın Baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.”.
Bununla da Paşinyan videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşdü. O bir daha savadsızlığının və siyasi olaraq hazırlıqlı olmamağının qurbanı oldu. Azərbaycan prezidenti isə Paşinyan üzərində qəti qələbə qazandı və heç birimizin şübhə etmədiyimiz həqiqəti bir daha sübuta yetirdi: Ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir...

İsmayıl Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini