Pirallahı rayonunda Dövlət Bayrağı Günü geniş şəkildə qeyd olunur
08 noyabr 2013 | 11:00
Bayrağımızın tezliklə Şuşada dalğalanması arzuları dilə gətirildi
Bu günlərdə Pirallahı rayonunun müxtəlif idarə və təşkilatlarında, təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü geniş şəkildə qeyd olunur. Dünən belə tədbirlərdən biri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin birgə təşkilatçılığı ilə Donanmanın akt zalında baş tutdu. Tədbiri giriş sözü ilə açıq elan edən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin rəisi Daməd İmanov son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın əldə etdiyi görünməmiş tərəqqidən, o cümlədən Pirallahı rayonunda davam edən geniş abadlıq və quruculuq işlərindən, Donanmanın əldə etdiyi nailiyyətlərdən danışdı və çıxış üçün sözü Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafova verdi.
Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan dövlətinin suverenliyinin rəmzi olduğunu vurğulayan Manaf Manafov bildirdi ki, bu gün Azərbaycan Respublikasının başı üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycanın üçrəngli bayrağı ilk olaraq 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı.
Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli, 595 nömrəli sərəncam imzaladığını bildirən Manaf Manafov sərəncama əsasən, hər il 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edildiyini vurğuladı. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. M.Manafov qeyd etmişdir ki, Azərbaycana gələn rəsmi şəxslər və müxtəlif qonaqlar meydanda dalğalanan Azərbaycan bayrağının möhtəşəmliyini daim vurğulayırlar. Bundan başqa, dövlətimizin bir sıra rəsmi mərasimləri də hazırda Bayraq Meydanında təşkil edilir.
Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin baş mühəndisi Mirəli Vahabov, Yeni Azərbaycan Partiyası ARDNDİ ilk partiya təşkilatının sədri Vaqif Abbasov və başqaları çıxış edərək Dövlət Bayrağı Gününün ölkəmizdə dövlət bayramları sırasında özünəməxsus yer tutduğundan, onun gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etməsindən danışdılar, bayrağımızın tezliklə doğma Qarabağımızda, Şuşada dalğalanması arzularını dilə gətirdilər. Tədbirin sonunda ARDNDİ-nin 21 nəfər işçisi təntənəli surətdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul edildi.