Azərbaycan Silahlı Ordusu 102 yaşında!!!
27 iyun 2020 | 11:00
Artıq 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayan bir ölkənin güclü orduya malik olması mühüm şərtdir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz ölkə başçısının xüsusi qayğısı və davamlı dəstəyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ordu quruculuğu sahəsində aparılan ən mühüm islahatlardan biridir. Hazırda onlarla ölkəyə yerli istehsal olan silah və müxtəlif növ döyüş sursatları satmaqla Azərbaycan idxalçı ölkədən ixracçı ölkəyə çevrilmişdir.
Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Təkcə bu faktı bilmək kifayətdir ki, ordumuzun gücü hər birimizə aydın olsun. "Global Firepower" təşkilatının 2020-ci il üçün hazırlanan reytinq cədvəlində Azərbaycan ordusu 63-cü yerə layiq görülüb. Beləliklə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir.
Bu gün Milli Ordumuzun gücündən danışarkən gənclərimizin vətənpərlik ruhunun yüksək olmasını xüsusi vurğulamaq lazımdır. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan və tarixə Dördgünlük müharibə kimi düşən qalibiyyətli aprel döyüşləri və 2018-ci ilin may ayı ərzində Cünnüt Zəfəri kimi tarixə daxil olmuş Naxçıvanda aparılan döyüşlər Azərbaycan Ordusunun gücünü, mənəvi ruh yüksəkliyini və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Düşmənin vaxtaşırı atəşkəsi pozaraq təxribat xarakterli həmlələrinə layiqli cavab verən Azərbaycan əsgəri artıq dəfələrlə sübut edib ki, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli Azərbaycan üçün müşkül məsələ deyil. Sadəcə sivil bir dövlət kimi o, istəyir ki, proseslər sülh yolu ilə həll edilsin və işğal altında olan torpaqlar azad olunsun.
Ölkəmizdə müxtəlif tarixlərdə keçirilən hərbi paradlar və təlimlər ordumuzun gücünü, sahib olduğu maddi-texniki bazanı və şəxsi heyətin peşəkarlıq səviyyəsini nümayiş etdirmişdir. 2011, 2013 və 2018-ci ildə keçirilən hərbi paradların hər biri xalqımızın böyüş coşqusu ilə qarşılandı və xalqın öz ordusuna olan böyük sevgisini və inamını bir daha sübut etdi. Xalqımız Azərbaycan ordusu və əsgəri ilə fəxr edir. Qeyd edək ki, son günlərdə Moskvada-Qırmızı Meydanda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradında Azərbaycan ordusunun 75 hərbçisindən ibarət parad heyətinin iştirakı və öz gücünü,peşəkarlığının nümayiş etdirməsi hər birimizi qürurlandırdı.
Sonda bir daha vurğulamaq istərdik ki, ölkə rəhbərliyi hər zaman ordumuza, əsgərlərimizə və vətən uğrunda şəhid olan övladlarımızın ailələrinə xüsusi diqqət və qayğı göstərmişdir. Ölkə rəhbərliyi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza daim dəstək olaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edir. 2018-ci prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərmanın şəhid ailələri ilə bağlı olması da buna sübutdur. Ölkəmizdə şəhid ailələrinə dövlət qayğısının göstərilməsi daxili siyasətimizdə prioritetdir.
Silahlı Qüvvələrimizin yaranmasının 102-ci ildönümü münasibətilə xalqımıza sülh, əminamanlıq arzulayır və ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Ordusu barədə dediyi sözləri xatırlatmaq istərdim: “Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız! Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz”.