Pirallahı rayonunun ümumtəhsil məktəblərində “Dövlət Bayrağı Günü” qeyd edildi
10 noyabr 2013 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə Sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu günlərdə Pirallahı rayonunun bütün ümumtəhsil məktəblərində ənənəvi olaraq “Dövlət Bayrağı Günü” münasibəti ilə tədbirlər keçirilmişdir. Bayram tədbirlərində Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, müəllimlər, valideynlər iştirak etmişlər.
Rayon ərazisində yerləşən beş məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəb direktorları tədbiri acaraq çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəblərin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz verdilər.
186 N-li tam orta məktəbdə tədbirə qatılmış Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov ilk növbədə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini pedaqoji kollektivin üzvlərinə və şagirdlərə çatdırdı. Vəzir müəllim bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilərək iqtisadi və siyasi qüdrəti sürətlə artmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. Eyni zamanda Vəzir müəllim çıxışında qeyd etmişdir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Pirallahı rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının Dövlət bayrağının dövlət suverenliyinin rəmzi olduğunu söyləyən Vəzir Səfixanov bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldığını vurğulamışdır. Bildirilmişdir ki, müstəqillik illərində üçrəngli milli bayrağımızı ilk olaraq Vətənimizin başı üzərində ulu öndərimiz Heydər Əliyev dalğalandırmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli, 595 nömrəli Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır, deyən Vəzir müəllim meydanda Dövlət Bayrağı Muzeyinin də yaradıldığını bildirdi.
Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.
Günün ikinci yarısında “Dövlət Bayrağı Günü” ilə əlaqədar bayram tədbiri 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzində də keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavinləri Vəzir Səfixanov və Cəlil Mirzəyev, RİH Aparatının məsul əməkdaşları iştirak etdilər. Mərkəzin yetirmələri qonaqlara Bayraq və Vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdirdilər.