Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “COVİD-19” pandemiyasına qarşı aparılan tədbirlər gücləndirlir

03 iyul 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində sərtləşdirilmiş xüsusi karantin rejimində əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu və karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğu qeyd edilmişdir.
Videomüşavirədə rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanmış, rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbi qoyulmuşdur.
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı şəhəri Pirallahı rayonu ərazisində dezinfeksiya işləri xüsusi məhlullarala qrafikə uyğun olaraq həfətədə iki dəfə aparılır. 
Təbliğat, izahat işlərinin aparılması üçün rayon ərazisində 10 mobil qrup yaradılmış, qruplar  4 nəfərdən ibarət olmaqla tərkibinə RİHB aparatının, RİHB-nin İƏD üzrə nümayəndəliklərinin, Rayon polis şöbəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, YAP rayon          təşkilatının fəalları, ictimaiyyətin nümayəndələri və könüllülər daxil edilmişdir.
Fəaliyyətinə icazə verilmiş obyektlərdə mütəmadi olaraq monitorinqlər aparılır.
BŞİH tərəfindən poster və bukletlər alınaraq müvafiq ərazilərdə yerləşdirilmişdir.
Marketlərə, avtobus və taksilərin fəaliyyətinə, bankomatların qarşısında ara məsafəsinin qorunmasına, silinib təmizlənməsinə mobil qruplar tərəfindən nəzarət gücləndirilmişdir.
Pandemiya dövründə rayon sakinlərindən 484 test nümunəsi götürülmüş, onlardan 51 nəfərdə  virus aşkarlanmışdır. Hazırda 34 nəfər sağalaraq evə buraxılmış, 16 nəfərin isə müalicəsi davam etdirilir. 1 nəfərdə vəfat etdikdən sonra götürülmüş analizlərin nəticəsinə uyğun olaraq koronavirus aşkarlanmışdır.
Pandemiya dövründə virusun sürətlə yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin qaydalarını pozan rayon sakinlərindən 244 nəfərə cərimə protokolları tərtib edilmişdir.
Məhz görülən işlərin nəticəsidir ki, Bakı şəhərinin rayonları arasında əhalinin sayına nisbətdə ən az yoluxma halı Pirallahı rayonunda qeydə alınmışdır. Ancaq arxayınlaşmaq olmaz. Biz bundan sonra da rayon əhalisinin sərt karantin qaydalarına əməl etməsinə nail olmalıyıq.
 
 
 
Keçidlər