Şriftin ölçüsü :

Saytın rəngi :

“Nümunəvi həyət” layihəsi uğurla davam etdirilir

13 noyabr 2013 | 11:00

 Həyata keçirilən layihələr, aparılan genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri Pirallahı rayonunun mənzərəsini xeyli dəyişib.
 Görülən işlərin tərkib hissələrindən biri olan “Nümunəvi həyət” layihəsi uğurla davam etdirilir. Məhz belə həyətlərdən biri də Pirallahı qəsəbəsi, 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılıb. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan təmizlənərək planlaşdırma işləri aparılıb. Bu ərazidə 3 kölgəlik tikilib, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Bundan əlavə, yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 300 ədəd küknar ağacı əkilib. 29-cü məhəllədə yerləşən ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 150 nəfərlik birmərtəbəli “Xeyir-şər” evi bütün lazımi ləvazimatlarla təchiz edilərək əsaslı təmirdən sonra sakinlərin istifadəsinə veriləcək.
 Görülmüş işlərlə tanış olan Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov məhəlləyə baş çəkərək sakinlərlə görüşüb. Görüş zamanı Rayon İcra Hakimiyyəti Başçısı Prezident İlham Əliyevin tapşırığı ilə Pirallahı rayonunda həyata keçirilən tədbirlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırma perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat verib. Görüşdə məhəllə sakinləri onları narahat edən problemlərdən söz açıb, rayonda qaz, su, elektrik enerjisinin təchizatının yaxşılaşdığından məmnun qaldıqlarını bildiriblər. Sakinlər rayona hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər