Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

06 iyul 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Pirallahı  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər keçirilməyə davam etdirilir.
6 iyul 2020-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə rayonun Pirallahı və Gürgən qəsəbələrində reydlər keçirildi. Reydlər zamanı 20-yə yaxın  ticarət obyektində olan İcra başçısı xidmət heyətləri ilə marifləndirici söhbətlər apardı və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etdi. Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin və sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair təbliğat-izahat və maarifləndirmə işləri aparıldı. Qeyd edək ki, sərtləşdirilmiş karantin rejiminin elan olunmasından etibarən rayon ərazisində fəaliyyətinə icazə verilən 130-dan artıq ticarət və ictimai-iaşə obyektlərində reydlər keçirilib, 16 vətəndaşa karantin rejimi qaydalarını pozduqlarına və gigiyenik qaydalara riayət etmədiklərinə görə xəbərdarlıq edilib, 2 nəfər isə cərimələnib.
Mobil qruplar tərəfindən bundan sonra da Pirallahı rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdiriləcək.
 
 
Keçidlər