Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”

10 iyul 2020 | 11:00
Koronovirusun yayılması ilə dünya yeni dövrə qədəm qoymuş oldu. Bu dövrün nə qədər davam edəcəyini heç kim bilmir və bu haqda verilən bütün proqnozlar şərti xarakter daşıyır. Beynəlxalq alimlər qrupunun araşdırmaları nəticəsində məlum oldu ki, virus indi 9 dəfə daha yolxucu olub. Bu isə infeksiyadan qorunma qaydalarına ciddi əməl etməli olduğumuzu bir daha göstərir. Koronovirusun təkcə Azərbaycanın yox ümumi bəşəriyyətin bəlasına çevrildiyini nəzərə alsaq demək, bu bizim və ya hansısa bir ölkənin problemi deyil. Dünya ölkələrinin mübarizə apardığı təbii təhlükələrdən biridir. Bəzən dünya müharibəsi adlandırılan koronovirus savaşının da öz şərtləri var və biz şərtlərin əksini etsək məğlubuiyyətimiz qaçılmaz olacaq.
Ötən gün Bakıda ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə  koronoviruslu xəstələrin müalicəsi üçün inşa olunan yeni modul tipli xəstəxananın açılışı oldu. Bu, mövcud şərtlər altında pandemiyaya qarşı mübarizədə ciddi dövlət dəstəyinin əyani göstəricisidir. Mövcud şərtlər deyəndə ilk növbədə vaxt azlığı nəzərdə tutulur. Çünki, virusun yayılma sürəti dünya üzrə çox yüksəkdir. Ölkəmizdə yoluxma sayının sabit saxlanılmasına müvəffəq olunsa da yoluxanlarla sağalanlar arasıdakı nisbət hələki birincinin xeyrinədir. Beləliklə modul tipli hospitalın istifadəyə verilməsi ilə daha 800 çarpayı yeri istifadəyə verilmiş oldu. Ümumilikdə isə ölkə üzrə koronoviruslu xəstələr 45 xəstəxanada müalicə alır ki, onlardan 36-sı yeni istifadəyə verilib. Hazırda hər birində 200 çarpayı yeri olan 5 modul tipli xəstəxana fəaliyyətdədir. Daha 15-nin tikinitisinin həyata keçirilməsi nəzərdə tutulur.  Eyni zamanda bu il istifadəyə verilən Yeni Klinikadakı  mövcud 350 çarpayı yerinin 750-yə çatdırılması da nəzərdə tutulmuşdur.
Dövlət koronovirusun dalğavari təsirlərini nəzərə alaraq bundan sonra da təsirli tədbirlər görməyə davam edəcəkdir. Belə ki, xaricdən yeni avadanalıqların alınması, labarotoriyaların gətirilməsi və təbii ki peşəkar həkim mütəxəssislərin cəlb edilməsi bu istiqamətdə əsasdır. Hazırda ölkəmizdə mövcud olan laboratoriyaların sayı 29-a çatıb və dövlət tərəfindən daha 15 yeni laboratoriya sifariş verilib. Statistikaya görə hazırda Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada 40-cı yerdədir.
Dövlət tərəfindən atılan bütün bu addımlarda əsas məqsəd insanların sağlamlığını qorumaq və pandemiya dövründən minimal itki ilə çıxmaqdır. Son bir neçə gün ərzində ölkədə yoluxanların sayının 500 ətrafında sabitləşməsi sağalanaların sayında müşahidə edilən müəyyən artım bir qədər ümudvericidir. Lakin vətəndaş məsuliyyətsizliyi prosesi yenidən pozitivdən neqativə doğru dəyişə bilər. Prezident İlham Əliyevin də dediyi kimi “Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”. Ona görə də hər birimiz xüsusi karantin rejimi tələblərinə uyğun davranmalıyıq. Sadə olan 3 məsəsləyə əməl etməklə- tibbi maska taxmaq, sosial məsafə saxlamaq, əllərimizi mütəmadi yumaqla bu virusdan qoruna bilərik.
Azərbaycan dövləti vətəndaşının sağlamlığını və təhlükəsizliyini ilk pilləyə qoyaraq yoluxma riski yüksək olan ərazilərdə sərtləşdirilmiş qaydalar tətbiq edir və mütəxəssislər ehtiyac yaranacağı təqdirdə narıncı zonaya əlavə rayonların da daxil ola biləcəyini istisna etmir. Lakin hər şey qaydalara necə əməl edilməsindən, tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə, sosial məsafə qaydalarına riayətdən asılı olacaq. Son günlər bəzi bölgələr üzrə ümidverici statistika müşahidə olunur. Məsələn, TƏBİB-in məlumatına görə bəzi bölgələrdə yoluxma saylarında azalmalar, paytaxt Bakı və eləcə də Abşeron rayonunda isə artım müşahidə olunur.
Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zəruri olmadıqda evdən çıxmamaq tələb olunur. Bugünkü gündə virusa qarşı peyvənd hələ də yoxdur. Buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Bunun üçün vətəndaş həmrəyliyi və sosial məsuliyyət vacibdir. İnsanların sağlamlığını qorumaq üçün dövlət əlindən gələni edir və mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir. Vətəndaş isə öz növbəsində dövlətlə həmrəy olsa bu xəstəliyə qalib gəlmək daha asan olacaq. Çünki bu xəstəlik sadəcə ölkə rəhbərliyinin qanunları və qadağaları ilə bitməyəcək, görülən tədbirlərin nəticə verməsi vətəndaşların sosial məsuliyyətindən də eyni dərəcədə hətta daha çox asılıdır. Bir məqamı da vurğulamaq yerinə düşərdi ki, peyvəndin səmərəliliyi və əl çatanlılığı məsələsi də sual altındadır. Ölkə başçısı da Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra müxtəlif mətbuat qurumlarına verdiyi müsahibədə bu məsələyə toxunmuşdur. “Peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq? Bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir. Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq”. Cənab İlham Əliyevin bu məsələdəki mövqeyi sədrlik etdiyi Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  mövqeləri ilə də üst-üstə düşür. Azərbaycan prezidenti həmişəki kimi yenə də qlobal həmrəylik və əməkdaşlıq meyyarlarını ön planda tutur. Onun bu mövqeyi ümumilikdə dünya tərəfindən qəbul olunur, dəstəklənir və təqdir olunur.

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Şəbnəm Eldarova
Keçidlər