Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya birliyi təcavüzkar Ermənistanın işğalçılıq siyasətini pisləməlidir

14 iyul 2020 | 11:00
Rauf Əliyev: “Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişəsinin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir”
“Təcavüzkar Ermənistanın silahlı qüvvələri 12-13 iyul 2020-ci il tarixində atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçmişlər. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan silahlı qüvvələrinin əks həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınmış, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilmiş və tələfat verərərək geri oturdulmuşdur”. “İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Rauf Əliyev qeyd edib ki, Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir. Bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində koronavirus pandemiyyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır.
Ermənistan BMT Nizamnaməsi və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlımızı işğal etmiş və BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsinə baxmayaraq işğalı davam etdirir.
Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir.
Koronavirus pandemiyasına qarşı bütün düya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsil simasını bir daha bütün dünyaya göstərdi. Bütün dünya birliyi təcavüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər.
Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə Azərbaycan mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcəkdir.
Keçidlər