“Abad Məhəllə”nin inşası davam edir
15 noyabr 2013 | 11:00
Yeni yaradılmış Pirallahı rayonunda geniş miqyaslı tikinti-quruculuq işləri, yeni layihələrin bəzilərinin icrası artıq həyata keçirilməkdədir. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin çəkilişi başa çatandan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Pirallahı rayonunda həyata keçiriləcək böyük layihələrdən biri də Yüksək Texnologiyalar Parkının yaradılmasıdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 16 sentyabr 2013-cü il tarixində Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 984 N-li Fərmanını imzalamışdır. Nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan bu layihənin əsas məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasıdır.
Pirallahı qəsəbəsi Süleyman Bağırov küçəsində bu ilin iyul ayından başlanan “Abad Məhəllə” layihəsinin icrası davam edir. Hazırda inşa olunmaqda olan binalarda betonlama işləri ikinci mərtəbədə gedir. İnşaaatçılar beton tökülməsi üçün taxta qəliblərin hazırlanması prosesini yerinə yetirirlər. Xatırladaq ki, ümumi yaşayış sahəsi 600 kvadrat metrdən çox olacaq 3 mərtəbəli binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Mənzillər 1 və 2 otaqlı olacaqdır. Hazırda tikintidə 20-dən artıq işçi çalışır.