BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının ilkin gündəliyi dərc olunub
14 iyul 2020 | 11:00
Son günlərin ən aktual mövzularından biri olan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi məsələsi rəsmi olaraq nəhayət baş tutdu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci Xüsusi Sessiyasının ilkin gündəliyi dərc olundu. Gündəlikdə Baş Assambleyanın 74-cü sessiyasının prezidenti tərəfindən nümayəndə heyətinin sədri qismində iclasın açılışı, bir dəqiqəlik sükut, Baş Assambleyanın xüsusi iclasında nümayəndələrin səlahiyyətləri, Etimad Komitəsinin üzvlərinin təyin olunması, Etimad Komitəsinin hesabatı, Prezident və digər rəsmilərin seçilməsi, gündəliyin qəbulu sessiyanın təşkili və ümumi debatlar kimi müxtəlif başlıqlar var. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı hələ ki bəlli deyil və bu vaxt dövlətlər arasında aparılacaq məsləhətləşmələrin nəticəsindən asılıdır.
Qeyd edək ki, 130-dan çox ölkənin dəstəyini alan və bir çox ölkə başçıları tərəfindən yüksək qiymətləndirilən Xüsusi Sessiyanın keçirilməsi təşəbbüsü BMT tarixində də bəzi ilklərlə yadda qalacaq. Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Bununla da BMT tarixində bir ilkə imza atılacaq. Əlbəttə ki, hər ilk kimi bu da müəyyən çətinliklər və qeyri-müəyyənliklərlə müşahidə olunur. Belə ki, BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi indiyə kimi təşkil olunmadığından BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydaları mövcud deyil. Amma bu qaydaların olmaması prosesin dayandırılması və ya ləngidilməsi üçün səbəb ola bilməz. Aydındır ki, beynəlxalq müstəvidə qaydalar və onlara əməl edilməsi beynəlxalq hüquq baxımından olduqca önəmlidir, lakin dünyanın içində olduğu mövcud vəziyyətdə yeni reallıqlara uyğunlaşmaq və vəziyyətə çevik reaksiya vermək dövrün ən əsas tələbidir. BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.
BMT-nin fəaliyyətsizliyi dünya üçün xüsusilə də, digər dövlətlərin yardımına möhtac olan kasıb dövlətlər üçün tamamilə mənfi haldır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır və onun ən vacib missiyalarından biri milli təhlükəsizlik, dövlətlərin təhlükəsizliyi və onlara qarşı təhdidlərin qarşısının alınmasıdır. Hal-hazırda Dünya bu gün kimyəvi təhdiddən də ağır bir təhdidlə üz-üzədir. Belə olan halda BMT-nin fəaliyyəti həmişəkindən daha çox ehtiyac duyulandır.
BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb və payızda pandemiyanın ikinci dalğasının olacağı ehtimalı gözlənilir. Deməli, nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir? Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var və pandemiya kimi qlobal problemin müzakirəsi ilə məhz bu təşkilat məşğul olmalıdır. Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
Bir daha vurğulamaq istəyirəm ki, virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi artıq dünyada formalaşmışdır. Texniki imkanlar tam mövcuddur, sadəcə siyasi istək və iradə olmalıdır.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir. Yəni, ölkəmizin bu sahədə kifayət qədər yüksək təcrübəsi mövcuddur və Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə tam hazırdır.
Azərbaycan tərəfinin tək istəyi və ümidi odur ki, BMT nəhayət öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizədə vacib rol oynayacaq. İnanırıq ki, BMT-də aparılan müzakirələr nəticəsində önəmli qərarlar veriləcək və bəşəriyyət pandemiyadan xilas ola biləcək.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü