Düşmənin növbəti təxribatı layiqli cavabını aldı
14 iyul 2020 | 11:00
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edib. Rəşadətli ordumuzun əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulub və Ermənistanın təxribatına layiqli cavab verilib. Hər iki tərəfdən fərqli sayda itkilər olsa da erməni tərəfi öz ənənəsinə sadiq qalaraq itkilərini etiraf etməmiş və hətta cəmiyyəti yanıltmağa çalışmışdır. Azərbaycan tərəfi isə həm şəhid, həm də yaralı olanlarla bağlı dəqiq məlumatları cəmiyyətlə vaxt itirmədən paylaşmış və şəhid olan hərbi qulluqçuların dəfn mərasimləri həyata keçirilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənin yetərincə hərbi texnikasını və canlı qüvvəsini məhv etməsi faktı da artıq təsdiqlənmişdir. Bu haqda Müdafiə Nazirliyi görüntülər yaymışdır. Və əminliklə deyə bilərik ki, erməni tərəfinin itkiləri – həm canlı qüvvə, həm də texnika baxımından kifayət qədər çoxdur. Beləliklə, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.
Vurğulamalıyıq ki, bu onsuzda heç nəyə nail olmayacaqları əvvəlcədən məlum olan təxribatın törədilməsinin köklü səbəbləri və siyasi məqsədləri var idi. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuş və bütün siyasi rəqiblərini təqib etdirir və həbs etdirir. Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyan vəziyyətdən çıxmaq üçün xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa çalışır. O, hesab edir ki, xarici təhlükə, cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq üçün kifayət olacaqdır. Ancaq əlbəttə ki, bu düzgün gediş deyildi. Ermənistanın Azərbaycan üzərində nə hərbi, nə də diplomatik baxımdan uğuru demək olar ki, mümkün deyil. Ermənistan tərəfi gecə yarısı qəfil hücumdan sonra sürətli əks-hücumla cavablandırılaraq geri otuzduruldu və təxribatlarına qətiyyətli cavab verildi. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub və etiraz aksiyaları başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddiaları hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri tərəfindən belə ironiya ilə qarşılanıb.
Bu hücumun digər bir səbəbi də son dövrlərdə ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsi, vətənimizin diplomatik uğurları, dövlət başçımız İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenalarda əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi kimi diplomatik uğurlar idi. Bu uğurlar erməni lobbisini, xarici ermənipərəst dairələri və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Bundan başqa cənab Prezident İlham Əliyevin daima müxtəlif beynəlxalq tribunalardan ölkəmizin haqlı mövqeyini açıq-aşkar səsləndirməsi, birmənalı şəkildə düşməni çıxılmaz vəziyyətə saldı. Bütün dünya artıq həm Ermənistandakı, həm də, işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətləri bilir və qəbul edir. Məhz bunlara görə Ermənistan dövləti Tovuz rayonunu hədəf kimi seçdi. Məqsəd isə diqqəti özünə çəkmək, hamının qarşısında yazıq duruma düşməkdən ibarət idi.
Ermənilərin bu təxribatları xalqımız tərəfindən daim hiddətlə qarşılanmışdır. Son vaxtlar sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhəyə getməsi, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışları səsləndirməsi bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğuna bariz nümunədir. Amma unutmaq lazım deyil ki, Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. İndi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Beləliklə, arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Ölkə başçısı cənab Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan öz torpaqlarını müdafiə edir və edəcək. Eyni zamanda, beynəlxalq hüquq da imkan verir ki, biz öz işğal olunmuş torpaqlarımızı erməni vandallarından azad edək. Eyni zamanda qardaş Türkiyə və dünyanın bir çox hüquqa və ərazi bütövlüyü kimi təməl haqlara hörmətlə yanaşan ölkəsi Azərbaycanın haqq səsinə səs verərək rəsmi açıqlama etmiş və bildirmişdir ki, ölkəmizin haqq mövqeyini hər zaman dəstələyəcəklər.
Sonda onu xüsusilə vurğulamaq lazımdır ki, düşmənin hər bir təxribatına Azərbaycan Ordusu layiqli cavab verir və verməyə də davam edəcək. Son hadisə zamanı da düşmən bir daha ordumuzun gücünü gördü. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq.

243 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Tükəzban Qurbanova