Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni yalanı: Məzlum yoxsa xəyanətkar

15 iyul 2020 | 11:00
Erməni sözü, terror sözü ilə eynilik təşkil edir. Tarix boyu böyük imperatorluqların himayəsində yaşayan ermənilər fürsət tapan kimi öz xislətlərini  nümayiş etdiriblər. Ermənilər bir xalq olaraq yalanı, riyakarlığı, satqınlığı və terrorizmi dövlət strategiyası kimi mənimsəyiblər. Bu danılmaz tarixi həqiqətdir. Öz tarixi keçmişləri olmadığı halda yalançı tarix yaratmaqla öz riyakarlıqlarını həyata keçiriblər. Yüz illər boyunca öz ərazisində ermənilərə şərait yaradan xalqımız sonda ermənilərin riyakarlığı ilə üzləşiblər. İstər keçən əsrin əvvələrində, istərsə də XX əsrin sonlarında ermənilər öz təxribatçı əməllərindən əl çəkməyiblər. Məhz riyakarlıqla torpaqlarımızı işğal edən erməni quldurları 1994-cü ildə beynəlxalq vasitəçilərin köməkliyi ilə atəşkəs sazişinin imzalanmasına nail oldular. 26 ildir ki, davam edən danışıqlar prosesində isə erməni tərəfi heç bir zaman öz yalançı siyasətlərindən əl çəkməyiblər. Azərbaycan tərəfi daima Qarabağ münaqişəsinin diplomatik yolla həlli prosesinə üstünlük verdiyini bəyan edib. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI  illik iclasının plenar sessiyasındakı çıxışında nümayiş etdirdiyi qətiyyət dünya azərbaycanlılarının möhtəşəm məmnunluğu ilə qarşılandı. Dövlət başçımız həmin tədbirdə Ermənistan–Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə yönəldib və BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini vurğulayıb. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Danışıqlar prosesinin yenidən bərpa olunacağı bir ərəfədə Ermənistan tərəfi yenidən təxribata əl atdı. Bu dəfə ermənilər təxribata işğal altında saxladıqları Qarabağda deyil, Ermənistanın Tavuş rayonu ilə həmsərhəd olan Tovuz rayonunda həyata keçirtdilər. İyulun 12-də Ermənistan Silahlı Qüvvələri  Tovuz rayonun Ağdam kəndini ağır artilleriyadan atəşə tutdular.
Azərbaycan növbəti təxribata qarşı layiqli cavab verdi. Düşmənin komanda qərargah məntəqələri məhv edildi. Çoxsaylı təlafat verən erməni ordusu yenə beynəlxalq təşkilatlara yalvarmağa başladılar. Lakin artıq zaman dəyişib. Ermənilərin bu yalvarışları öz nəticəsini vermir. Bu arada   rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, erməni ordusunun yüzə yaxın əsgər və zabit itirdiyi bəlli oldu.
Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Ermənistan daxilində baş verən daxili çaxnaşmanı gizlətmək üçün Paşinyan hökuməti yeni müharibə ssenarisinin uğurlu olacağını zənn edirdi. Lakin artıq iki gündür davam edən qarşılıqlı savaş onu deməyə əsas verir ki, erməni ordusu savaş meydanından qaçmağa başlayıb. Erməni sosial şəbəkə istifadəçiləri sərhəddə baş verənləri Paşinyan hökumətinin fiaskosu kimi dəyərləndirir. Ermənistandan fərqli olaraq isə Azərbaycanda bu savaşın başlanması böyük coşqu ilə qarşılanıb. Ötən gecə Bakıda, Sumqayıtda və Xırdalanda Orduya və dövlətə dəstək yürüşü keçirilib. Yürüşdə minlərlə insan iştirak edib. Əllərində Azərbaycan bayraqlarını tutmuş sakinlər himnimizi oxuyaraq, “Qarabağ” şüarını səsləndiriblər. Bundan əlavə respublikanın müxtəlif bölgələrində şəhidlərimizin dəfn mərasimlərində yüzlərlə vətənpərvər azərbaycanlı iştirak edərək şəhidlərin ailələrinə dəstək və hörmət nümayiş etdiriblər. Xalqımızın igid, vətənini sevən oğulları “başını dik tut, şəhid anası” deyə şüarlar səsləndirərək, şəhid analarını bütün Azərbaycan oğullarının anası adlandırıblar. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşlar toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bütün bunlar xalqımızın vətənpərlik ruhunu, qələbə istəyini ortaya qoyur. Amma bunu da unutmaq lazım deyil ki, indi 1990-cı illərin əvvəlləri deyil və bizim  güclü ordumuz və dövlətimiz var. Vətəndaşlarımızın öz gücünə torpaqlarımızı müdafiə etməsi zərurəti yoxdur. Biz indi sadəcə təmkinlə gözləməli və Ali Baş Komandan İlham Əliyevdən gələn əmrləri yerinə yetirməliyik. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz və silahlı qüvvələrimiz haqqında uydurmaların daha da genişləndirilməsinə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.
Qeyd edək ki, Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirərək  fikirlərini belə izah edib: “Artıq uzun müddətdir Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”.
Ermənilər yenə öz riyakarlıqlarından əl çəkməyərək beynəlxalq kütləvi informasiya  vasitələrində guya Azərbaycan tərəfinin onlara hücum etdiyini açıqlayırdılar. Buna cavab olaraq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirib ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaqdır. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçınılmazdır.
Bütün dünyadan dəstək alacağını düşünən ermənilər bu dəfə planlarının iflasa uğradığının fərqindədirlər. Ermənilərin Tovuzda törətdikləri təxribata cavab olaraq qardaş Türkiyə öz reaksiyasını göstərdi. Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirdi. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyul, No: 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
İran İslam Respublikası Xarici işlər nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlamışdır.
Lakin görünən odur ki, Ermənistan öz təxribatçı əməllərindən əl çəkmək fikrində deyillər. Son iki gündə ermənilərə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələri düşmənə ikinci  dəfə 2016-cı ilin aprelindəki məğlubiyyəti yaşatmaq istəyir. Ermənilər hələ də 2016-ci ildə aldıqları zərbəni unutmayıblar. Rəsmi Yerevan unudur ki, əgər 2016-cı ilin aprelindəki əməliyyatlar dayandırılmasaydı, Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Çünki düşmən bütün silah-sursatını atıb qaçırdı. Ermənistan mətbuatının yazdığına görə ermənilər döyüş meydanından qaçmaq istəyən 15 əsgəri güllələyərək öldürmüşdülər. Məhz ona görə də dövlət başçımız  Prezident yanında  Təhlükəsizlik Şurasının iclasında deyirdi ki, biz azərbaycanlı və erməni analarının göz yaşının tökülməsini istəmirik.
Bugünkü fakt ondan ibarətdir ki, düşmən indi də qorxu içindədir. Çünki bilir ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı yağı tapdağından  mütləq azad edəcək.

Eldəniz Səfərov
İctimai siyasi humanitar məsələlər  şöbəsinin müdir müavini

Keçidlər