Şriftin ölçüsü :

Saytın rəngi :

29-cu məhəllədə müxtəlif attraksionlar və müasir kölgəliklər qurulub

19 noyabr 2013 | 11:00
 Ölkəmizin bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Günu-gündən şəhər, kənd və qəsəbələrin siması xeyli dəyişilir, gözəlləşir. Bu baxımdan Bakının Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.
 Rayonda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi prioritet məsələdir, qısa müddət ərzində xeyli sayda ağac əkilmişdir. Təkcə 29-cu məhəllədə 300 ağacın əkilməsi burada yaşıllaşdırma işlərinə böyük diqqət yetirilməsindən xəbər verir.
 29-cu məhəllənin ardınca 28-ci məhəllədə geniş quruculuq-adadlıq işlərinə start verilmişdir. Burada su və kanalizasiya sistemləri yenidən qurulur, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aprılır.
 29-cu məhəllədə kiçik yaşlı sakinlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif attraksionlar və müasir kölgəliklər qurularaq  istifadəyə verilib.
 Rayon Polis Şöbəsinin inzibati binasının və “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində işlər qrafik üzrə davam edir.
Keçidlər