Bizim növbəti şanlı qələbəmiz
12 iyul zəfər əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaqdır
Ötən çərşənbə günü, iyulun 15-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı bir çox iqtisadi məsələlərə toxunmuş, Azərbaycanın nəqliyyat təhlükəsizliyinin təmin edildiyini, ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atıldığını, su təhlükəsizliyi məsələsinin həll olunmadığını, bu səbəbdən qonşu ölkələrlə yeni əməkdaşlıq formatı, itkilərin azaldılması və aidiyyəti qurumların birgə işləməsinin təşkil edilməli olduğunu bildirmişdir.
Dövlət başçısı pandemiyanın Azərbaycan iqtisadiyyatına da zərər vurduğunu, altı ayda 2,7 faizlik geriləmə qeydə alındığını, lakin buna baxmayaraq, bütün sosial proqramların icra edildiyini vurğulamışdır: “Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir”.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, iyulun 12-də erməni silahlı qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər, bu gözlənilməz və xain zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Riyakarlığı və həyasızlığı ilə tanınan Ermənistan bu dəfə də bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Lakin indi beynəlxalq ictimaiyyət də aydın şəkildə anlayır ki, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur, məqsəd yalnız işğal altında olan torpaqların azad edilməsidir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən şəhid olmuş hərbçilərimizin intiqamı layiqincə alınmış, onların qanı yerdə qalmamış və mənfur düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Yeri gəlmişkən, Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, "Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib.”
Ölkə başçısı çıxışında bildirdi ki, yaranmış şəraitdə Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir və operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcəklər, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir. Cənab Prezident qeyd etmişdir ki, düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdi. Yüksək dövlət ordeni ilə təltif edilmişdi. Onun və bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışsa da düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən, o faşistlərin postu və bütün infrastrukturu tamamilə yox edilmişdir.
Cənab Prezident xüsusi vurğulamışdır ki, bu uğurlu əməliyyat, xain düşmənlə son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir. Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul zəfər əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaqdır. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdular. Bu qələbə о uğurun davamıdır.
Təəssüf ki, alçaq erməni xisləti dəyişmir ki dəyişmir. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur düşmən ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuş, insanların evləri, əmlakları, həyətyanı və əkin sahələri dağıdılmışdır. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər.
“Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir,” - söyləyən Prezident, “Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır,” - deyə vurğulamışdır: “Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi.”
Artıq dünyaya məlumdur ki, Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın. Yanız bu səbəbdən faşist Njdenin sələfəri bu təxribata şüurlu şəkildə əl atdılar.
Əldə edilmiş оperativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi оrada güclü panika yaranıbdır. Bizdə isə nə bir əsgər, nə bir Tоvuz sakini bir addım da geri atmadı. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır – buna hər birimiz əminik!
Xain təxribata əl atan, dinc sakini öldürən, kəndləri bоmbalayan, digər çirkin əməlləri törətdikdən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra işğalçı Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. Yəni “tülkü baxır güzgüyə, adını qоyur özgəyə”. Lakin unudurlar ki, şələquyruq hayların vaxtı çоxdan keçib. Təxribat törədiləndən dərhal sonra, iyul ayının 12-də günorta saatlarında Cənab Prezident müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişdilər.
Prezident İlham Əliyev qeyd edib ki, “Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır” Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk Qrupunun həmsədrləri bunu bilirlər.
“XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil,” söyləyən ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma təəssüf ki, biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirdik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmırdı, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğul оlurdu. “Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi,” - deyir Cənab Prezident.
Təqdirəlayiq hadır ki, dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini deyir, öz siyasətini bölüşür və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Nə mutlu bizlərə ki, bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti, Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Tovuz rayonu istiqamətində hücumunu pisləyən bəyanat yayıb.
Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir ürəkaçan mənzərə idi. Ordumuzun düşmən hücumunu qəhrəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.
Sоnda bir daha vurğulamaq yerinə düşər ki, Cənubi Qafqaz kimi həssas bir bölgədə davamlı sülh və təhlükəsizliyin, rifahın təmin olunmasInın yeganə yolu məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi təcavüzkar ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasından keçir. Azərbaycan tоrpaqlarında ikinci mənfur erməni dövləti yaradıla bilməz. Qarabağ Azərbaycandır!
İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri