Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
22 iyul 2020 | 11:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamına əsasən, hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin mediaya göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra KİV-lərin inkişafında yeni mərhələ başlandı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. Ümummilli liderin siyasi iradəsi ilə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazası formalaşdırıldı, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, əlavə dəyər vergisi ləğv edildi və digər mütərəqqi islahatlar həyata keçirildi. Nəticədə Azərbaycan söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail oldu. Respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə geniş imkanlar yaradıldı.
Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev milli mətbuatın inkişafına zəruri dəstək verdiyini dəfələrlə vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Ölkəmizdə mətbuatın inkişafı üçün bütün lazımi addımlar atılır, mətbuat günü-gündən inkişaf edir, peşəkar kadrlar yetişir. Dövlətimizin başçısının Sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.