Vətənin çətin günündə birlik olanlar və digərləri... Siyasi partiyaların birgə bəyanatı
22 iyul 2020 | 11:00
XX yüzilliyin əvvəllərində tarixi Azərbaycan torpaqlarında öz qondarma dövlətini yaratmağa nail olan təcavüzkar ermənilər öz havadarlarının himayəsi ilə Azərbaycanın bir sıra torpaqlarını hissə-hissə mənimsədi və hətta iri güclərin köməyi ilə torpaqlarımızın 20 % - ni işğal etdilər. Bütün bunlara görə beynəlxalq arenada sözü keçən iri dövlətlərdən və beynəlxalq təşkilatlardan heç bir cəza almayan ermənilər bundan sonra da dəfələrlə torpaqlarımıza qarşı təcavüzkar həmlələr etməyə cəhd etdilər. Sonuncu olaraq iyul ayının 12-də Erməni tərəfi bir sıra strateji əhəmiyyətli yerləri ələ keçirmək məqsədi ilə Ermənistan Tovuz istiqamətində Azərbaycan ərazisinə hücuma keçdi. Bu dəfəki, hücumun diqqət çəkən tərəfi isə hücumun Dağlıq Qarabağ istiqamətində deyil, Ermənistan-Azərbaycan sərhədində olması oldu. Bunun bir çox məntiqi səbəbləri var idi. İlk olaraq onlar bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, Bakı- Tbilisi- Qars dəmir yolunu, Bakı-Ərzurum-Qars boru kəmərini və s. nəzarətə götürmək istəyirdi. Ancaq Ermənistan dövləti, xüsusilə onun heç bir dövlətçilik və idarəçilik qabiliyyəti olmayan baş naziri Nikol Paşinyan arzusuna çata bilmədi. Azərbaycan Ordusu işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Ordumuz şəhidlər versə də əsla geri çəkilmədi, zəiflik göstərmədi. Ümumilikdə 11 hərbiçi və 1 mülki şəxs həyatını itirdi amma düşmən Azərbaycanın 1 santimetr torpağını belə zəbt edə bilmədi.
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qeyd edək ki, işğalçı dövlətin belə bir vaxtda belə addım atmasına səbəblərdən biri də mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırıb. Ölkədə demək olar ki, yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qaldılar. Daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni, hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Ancaq sadə ermənilər diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmirlər və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır. Bu da ölkədə daxili vəziyyəti daha da kəskinləşdirir.
Ermənistandan fərqli olaraq Azərbaycanda isə erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu tendensiyaya qoşulmuş və Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif siyasi partiyalar iqtidar partiyası ilə həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Beləliklə biz də çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində izlədiyimiz o anın şahidi olduq. Azərbaycanda dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər. Bu hər bir vətənpərvər vətəndaşımızda qürur və fərəh hissi yaratdı. Deməli biz də vətənin çətin anında bütün digər qarşıdurmaları və şəxsi mənafeləri kənara qoyaraq birləşə və tək məqsəd üçün vuruşa bilirik. Bu cəmiyyətin özünə və bir-birinə olan inamını daha da artırdı.
43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Qeyd edək ki, xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına yığışdı. Onların məqsədi ordumuza və Ali Baş Komandana dəstəklərini bildirmək idi. Ancaq əfsuslar olsun ki, vətənpərvər gənclərin arasına bir neçə Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girərək, bu birliyə kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Onlar Milli Məclisin binasına daxil olaraq binaya külli miqdarda zərər vurdular. Hüquq mühafizə orqanlarının əməkdaşlarının onlara dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq hərəkətlərinə davam edən başıpozuqlar qısa müddət ərzində polis tərəfindən saxlanıldı və asayiş bərpa olundu. Bu məsələ ilə bağlı iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edən ölkə başçısı demişdir: “Bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik”. Bəli, ordumuza və ölkə rəhbərliyinə dəstək olmaq əvəzinə fürsətdən istifadə edərək ölkədə qarışıqlıq yaratmağa çalışanlar mütləq cəzlandırılacaq. Onlar da anlayacaqlar ki, Azərbaycan indi 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Ölkə başçısının dediyi kimi, “İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var”. Xalq ölkə rəhbərliyinin arxasındadır və xalq heç vaxt icazə verməyəcək ki, bu satqınlar bir daha hakimiyyətə qayıtsın. Ölkə başçısı çıxışı zamanı daha bir vacib məqama toxunaraq, könüllü olaraq səfərbərliyə yazılan gənclərimizə və onların ailələrinə təşəkkürünü bildirdi və onları əsl Azərbaycan gənci adlandırdı: “Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”.
Burada daha bir məqama da toxunmaq istərdim ki, Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatçı addımlarını şərtləndirən digər bir amil də Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Xüsusilə də, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı qıcıqlandırıb. Ermənistan Azərbaycanın təşəbbüsünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay edib. Beləliklə, Azərbaycan indi heç vaxt omadığı qədər beynəlxalq dəstəyə sahibdir. Bunu iyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunma mərasimində iştirak edən ölkə başçısı da bildirib: “Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük ”. Ölkə başçısı bildirib ki, tərkibində 5 ölkəni birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, 57 ölkənin təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı və 120 üzv ölkə ilə BMT-dən sonra ən böyük ikinci təşkilat olan Qoşulmama Hərəkatı birmənalı şəkildə Azərbaycanı dəstəklədi. Bu hər birimiz üçün və bizim diplomatiyamız üçün olduqca əhəmiyyətli hadisədir.
Daha bir əhəmiyyətli hadisə isə bu günlərdə ABŞ Konqresində Azərbaycan əleyhinə Daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi olmuşdur. Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Bununla da Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərinin qeyri-qanuni işğal faktını təsdiqləmiş olur. Bu da öz növbəsində olduqca vacib və demək olar ki, tarixi hadisədir.
Qeyd edək ki, bu günlərdə digər ölkələrdə yaşayan həmyerlilərimiz də böyük bir vətənpərvərlik nümunəsi göstərərək ölkəmizə maksimum dərəcədə dəstək oldu. Keçən həftə bütün dünyada Azərbaycan həftəsi oldu desək yanılmarıq. Belə ki, 21 iyul tarixinə qədər 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verdi, 20 ölkədə 14 dildə 70 məqalə və xəbər dərc olundu, ümumilikdə 20 xarici ölkədə 41 aksiya keçirildi və aksiyada 10.000 –dən çox soydaşımız iştirak etdi. Etiraf edək ki, bütün dünyann koronavirus bəlası ilə mübarizə apardığı və özünü qorumaq üçün bir çoxlarının evlərindən çıxmadığı bir vaxtda bu statistika həqiqətən də çox böyükdür. Bunun üçün biz xaricdəki soydaşlarımıza minnətdarıq. Onlar uzaqda olsalar da qəlblərinin Azərbaycanla döyündüyünü sübut etdilər.
Beləliklə, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Bu həmrəylik, bu birlik ondan xəbər verir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordu torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli zəfər bayrağımız Xankəndində, Şuşada və diğər işğal olunmuş torpaqlarımızda sancacaq. Ölkə başçısının dediyi kimi, “Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Məmləkət Qaraçobanova