Zamanın sınağından şərəflə çıxmış partiya
20 noyabr 2013 | 11:00
Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd edildi
Bu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə bağlı paytaxtımızın rayonlarında, ölkəmizin bütün bölgələrində silsilə bayram tədbirləri keçirilir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planına əsasən, son həftə ərzində Çilov, Neft Daşları qəsəbələrində bayram tədbirləri reallaşdırılmış, yaşıllaşdırma kampaniyası təşkil edilmişdir.
Partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş növbəti bayram tədbirini Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı rayon İcra Hakimiyyəti ilə birgə rayon mərkəzi Pirallahı qəsəbəsində keçirdi. Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin deputatı Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, YAP fəalları iştirak etdilər.
Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açıq elan edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov əlamətdar tarixi bayramla əlaqədar tədbir iştirakçılarını təbrik etdi, partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nüfuzlu siyasi təşkilata çevrildiyini vurğuladı. YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan M.Manafov bildirdi ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilmişdir: “YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 mindən çox üzvü olan partiya geridə qoyduğumuz 21 ildə şərəfli və qüdrətli bir yol keçmişdir. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər”.

Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov partiyanın 21-ci ildönümü ilə bağlı rayonda silsilə tədbirlərin davam etdirildiyini söylədi. V.Səfixanov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğuladı: "Yeni Azərbaycan Partiyası hər zaman Azəbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür". V.Səfixanov onu da qeyd etdi ki, yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiyanın bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi-demokratik dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd kimi qoyub.
“Retro” sarayında davam edən tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin deputatı Rauf Əliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 21 ildə keçdiyi zəngin yoldan, ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi özünü təsdiq etdiyindən, bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki qələbələrinin hamısının Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin və əvəzsiz zəhməti nəticəsində əldə edildiyindən danışdılar. Tədbirə incəsənət ustalarının ifasında geniş konsert proqramı və bayram atəşfəşanlığı ilə yekun vuruldu.