Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi
23 iyul 2020 | 11:00
23 iyul 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.
Videokonfrans formatında keçirilən iclasda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək qeyd etdi ki, iqtidar partiya olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, monolit siyasi təşkilatdır: “Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir”. RİH başçısı həmçinin qeyd etdi ki, 2020-ci il iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə qəfil basqınından və bu təxribata qarşı ordumuzun düşmənə sarsıdıcı zərbələrindən sonra ölkəmizdə xalq-iqtidar, Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, həmrəyliyi, vəhdəti yaşanır. Natiq dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırığına əsasən onların ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacağı barədə tağşırığını qeyd elədi: “Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq” - deyə bildirildi. RİH başçısı xüsusilə qeyd etdi ki, Azərbaycan dövləti ən çətin məqamlarda belə vətəndaşını tək qoymur, problemlərin həlli istiqamətində bütün lazımi tədbirlər görülür.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov 2020-ci ildə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verdi. Çıxışının sonunda natiq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunması, yeni iş yerinin Pirallahı rayonundan uzaq olması, təşkilatının işinin keyfiyyətli aparılmasında bu amillərin təsiri ilə əlaqədar sədr səlahiyyətlərinin növbəti konfransadək icrasının müavinlərindən birinə həvalə olunması təklifini verdi.
İclas iştirakçılarının yekdil qərarı ilə YAP Pirallahı rayon təşkilatı sədrinin səlahiyyətlərinin müvəqqəti icrası YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimova həvalə olundu. İdarə Heyətinin üzvləri – Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümünün rəisi Elxan Məmmədov çıxış edərək Əli Kərimova işində uğurlar arzu etdilər.
İclasın sonunda Pirallahı rayon Sukanal İdarəsinin rəisi, YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimov ona göstərilən etimada görə İdarə Heyəti üzvlərinə minnətdarlığını bildirərək təşkilatın son illərdə əldə etdiyi uğurların davamlı olmasında əlindən gələni əsirgəməyəcəyini iclas iştirakçılarının diqqətinə çatdırdı.