Ceyranbatan-Pirallahı su kəmərinin inşası uğurla davam edir
22 noyabr 2013 | 11:00
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən “Azərsu” ASC Bakı ətrafı qəsəbələrə böyük magistral su xəttinin çəkilişini həyata keçirir. Ölkəmizin ən böyük layihələrindən biri hesab olunan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin artıq Qala qəsəbəsindən Zirə qəsəbəsinədək böyük bir hissəsinin inşasına başlanıb. Xatırladaq ki, kəmərin tikintisində ən son texnologiyalardan istifadə olunur və borular avtomatik idarə olunan qaynaq aparatları vasitəsilə birləşdirilir, hər bir qaynaq tikişi ultrasəs aparatı vasitəsilə yoxlanılır. Kəmərlə nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir.
Qala-Zirə su xətti Ceyranbatan-Balaxanı-Ramana-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən Zirə su anbarını su ilə təmin edəcək. Xatırladaq ki, burada ümumi tutumu 10 min kubmetr olan 6 anbar inşa olunur. Layihənin icrasının başa çatdırılma müddəti 2014-cü ilin əvvəlinə planlaşdırılır. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcək. Magistral xətt və su anbarı tam istismara verildikdən sonra Zirə, Pirallahı, Gürgan və Türkan qəsəbələrinin, həmçinin Dübəndi yaşayış məntəqəsinin 45 minə qədər sakini fasiləsiz keyfiyyətli içməli su ilə təmin ediləcək.
Qeyd edək ki, Pirallahı qəsəbəsində mərkəzləşmiş içməli su təchizatı sistemi olmadığından, hazırda “Azərsu” ASC-nin dörd ədəd iritutumlu su maşını xüsusi hazırlanmış qrafik üzrə Pirallahının bütün yaşayış məhəllələrinə içməli su paylayır.
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 milyona yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.