Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda müqəddəs Qurban Bayramı münasibətilə humanitar aksiyalar keçirildi

31 iyul 2020 | 11:00
      Pirallahı Rayon İcra Hakimiyyəti rayon  sakinlərini mənəvi birlik və mərhəmətin rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir!
       Bu il Müqəddəs Qurban bayramı COVID-19 pandemiyası dövrünə təsadüf edir. Bir sıra müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də  Qurban bayramı pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmaqla təşkil olunur.
       Pirallahı rayonunda növbəti humanitar aksiya həyata keçirilib. Müqəddəs Qurban bayramı münasibətilə Pirallahı rayonunda 300-ə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı paylanıldı. Heydər Əliyev Fondu tərəfindən 184, Rayon İcra hakimiyyəti, 14 №-li Uşaq Musiqi Məktəbi, Pirallahı rayon kütləvi kitabxanası və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi tərəfindən isə 100 aztəminatlı ailəyə köməklik məqsədilə bayram sovqatı paylanıldı.
       Humanitar aksiya zamanı həmçinin  rayon sakinləri ilə yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının  daha geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının zəruriliyi barədə maarifləndirmə işləri aparılmışdır.
      Sakinlər daimi diqqət və qayğiya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
 
 
Keçidlər