Ordumuz xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır
05 avqust 2020 | 11:00
1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”.
1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. Xalq Cəbhəsi dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı. Bu istiqamətdə ulu öndərin atdığı ən uğurlu addımlardan biri bütün silahlı dəstələrin buraxılması, onların silahlarının, texnikalarının, habelə əhalidə olan silah-sursatın yığılması oldu. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə həmsöhbət olması ordumuzu xeyli ruhlandırmışdı. Ümummilli liderin sarsılmaz qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırlıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi. Bu o dövrdə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən vacib məsələ idi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qafqazın ən güclü ordusu olması və Azərbaycan Ordusunun dünya reytinqində 50-ci pillədə olması Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin məntiqi nəticəsidir. Bu gün Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə hesablanmış addımlar atması ordumuzun yüksək səviyyəyə gəlib çatmasını şərtləndirmişdir. Ölkə başçısının vaxtilə elan etdiyi "Azərbaycanın hərbi büdcəsi ümumilikdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır" tezisi qısa müddətdə öz təsdiqini tapdı. İndi Azərbaycan Silahlı Qüvvələrinin timsalında ən müasir tələblərə cavab verən, modern maddi-texniki təchizata, mükəmməl döyüş əməliyyatları aparmaq qabiliyyətinə malik bir ordunun nümunəsini görürük.
Bununla yanaşı dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər və zabitlərə xüsusi hədiyyələr təqdim etməsi, bir sözlə, onlarla səmimi ünsiyyətdə olması şəxsi heyətdə özünəinam hissini və peşə motivasiyalarını gücləndirməkdədir. Beləliklə indi əminliklə deyə bilərik ki, bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir. Qeyd edək ki, Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır.
Ordu quruculuğu işinin sürətli və keyfiyyətli aparılması baxımından dövlətlə yanaşı, ictimaiyyətin diqqəti, qayğısı da son dərəcə vacib amildir. Xalq öz ordusunu o zaman sevir ki, ona güvənir, döyüş qüdrətinə, qələbə əzminə inanır və mənəvi-psixoloji dəstəyini ondan əsirgəmir. Bu dəstək dövlət başçısının orduya, onun maddi-texniki təchizatının, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi qayğı ilə vəhdət təşkil edəndə həyata keçirilən islahatlar daha səmərəli nəticələr verir.
Azərbaycanın atəşkəs rejimi elan olunduqdan sonra hərb tarixinin ən ciddi münaqişəsi olan Aprel döyüşləri də Ordumuzun hazırlıq səviyyəsinin məlum olması üçün kifayət qədər ciddi hal idi. Ali Baş Komandan İlham Əliyev də aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırmışdı. Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təcavüzkarları atəşkəs rejimini ciddi şəkildə pozaraq Azərbaycanın cəbhəboyu mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə məruz qoymuşdu. Dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdi. Bu hər bir azərbaycanlı üçün qürur verən hal idi. Deməli, Azərbaycan Ordusu lazım gələrsə müharibə yolu ilə torpaqlarımızı azad etməyə və istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir. Biz bunu onsuzda bilirdik amma həmin döyüşlərlə bu bütün dünyaya bəlli oldu. Dörd gün davam edən döyüş erməni tərəfi üçün də əyani dərs oldu. Erməni ordusunun yenilməzliyi mifdən başqa bir şey deyil və Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Bu qeyd-şərtsiz belədir.
Aprel döyüşlərinin getdiyi vaxtda Ermənistanın bir çox tanınmış ictimai-siyasi xadimləri, siyasi şərhçiləri bu torpaqların Azərbaycana məxsus olduğunu söyləyərək, mövcud rejimin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirir, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirdi. Ona görə ki, aprel döyüşləri ilk növbədə Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı, onlara ağır zərbə vurdu. Digər tərəfdən, cinayətkar, qaniçən rejimin girovuna çevrilmiş erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Məhz bu səbəbdən, bu gün bir çox erməni ailələri öz övladlarını Qarabağ cəbhəsinə hərbi xidmətə göndərməyə etiraz edir, onları hansısa harın rejimin siyasətinə qurban verməyəcəklərini deyirlər.
Vurğulayaq ki, bugün də Erməni hakimiyyəti təcavüzkarlıq siyasətini davam etdirir. Belə ki, 2020-ci il iyulun 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hərbi təxribat törətdi. Ölkə başçısının rəhbərliyilə Milli Ordumuz dövlət sərhədini pozmağa çalışan ermənilərə anında elə sarsıdıcı cavab verdi ki, onun təsiri illərlə davam edəcək. Qəhrəman Azərbaycan ordusu aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək Tovuz istiqamətində gedən döyüşlərdə də düşmənə öz yerini bir daha göstərdi. Belə ki, silahlı bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və 100-dən çox canlı qüvvəsi məhv edildi. Beləliklə, işğalçı və terrorçu Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alındı və düşmənə layiqli cavab verildi. Ermənistan tərəfi isə yenə də öz xislətindən əl çəkmədi və Azərbaycan Ordusunun sarsıdıcı zərbələrini gördükdən sonra dərhal özlərini qurtarmaq üçün beynəlxalq təşkilatlara yalvarmağa başladı.
Bununla bağlı cənab prezident Baləkən rayonuna səfəri zamanı çıxışında bildirirdi ki: “Düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi.
.......Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beş ölkədən ibarətdir. İslam Əməkdaşlıq Təşkilatı 57 ölkədən ibarətdir. Qoşulmama Hərəkatı 120 ölkədən ibarətdir. Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana birmənalı dəstək verdi”.
Bəli, ölkə başçısının vurğuladığı kimi Ermənistan Tovuz hadisələrindən tamamilə məğlub olaraq çıxdı. Həm hərbi arenada, həm də beynəlxalq arenada Azərbaycan birmənalı şəkildə qalib oldu. Azərbaycanda ölkə daxilində və xaricində ölkə başçısına, Ali Baş Komandana yekdilliklə dəstək var idi. Hər kəs bir nəfər kimi ümumi amal naminə birləşdi və torpaqlarımızın müdafiəsi üçün ölkə başçısına dəstək nümayiş etdirdi. Bakıda və bölgələrdə çox minlik yürüşlər təşkil olundu, xaricdə dünyanın ən müxtəlif ölkələrində soydaşlarımız birlik nümayiş etdirərək Tovuz hadisələrinin dünyaya çatdırılmasında əlindən gələni etdi. Hətta təzyiqlərə məruz qalsalar belə öz yollarından dönməyərək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı. Azərbaycan xalqının birliyi, Ali Baş Komandan ətrafında sıx birləşməsi, Orduya qeyd-şərtsiz dəstək və sevgi göstərməsi Ermənistanı daha da lərzəyə saldı. Onlar bir daha anladı ki, Azərbaycan öz əzəli torpaqlarını unutmayıb və hər bir Azərbaycan gəncinin ürəyi Qağlıq Qarabağla döyünür. Qeyd edək ki, cənab prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatı ilə bağlı fikirlərini deyəndən sonra heç bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi qeydiyyata aldırdılar. Bəli, cəm bir həftə ərzində 50 mindən çox insan. Məlumdur ki, bugün Azərbaycan Ordusu tam komplektləşdirilib və əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq qürurverici haldır ki, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır. Beləliklə, bütün bunlar göstərir ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə heç də uzaq olmayan gələcəkdə müharibə ya da sülh yolu ilə torpaqlarını geri alacaq. Bu qaçılmaz reallıqdır.
Təəssüf ki, ölkəmiz bugünə kimi ərazi bütövlüyümüz uğrunda yüzlərlə qəhrəman şəhidlər verib.O cümlədən, Tovuz hadisələri də bizim üçün itkisiz ötüşmədi. Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycanın 13 hərbiçisi şəhid oldu və 1 mülki vətəndaşı həyatını itirdi. Onların hər biri yüksək ehtiramla dəfn olundu. Vurğulamaq lazımdır ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı xalq və hakimiyyət tərəfindən heç vaxt unudulmur və onların qisası alınır. Ali baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Xanım Əliyeva da şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərir. Belə ki, Prezident İlham Əliyev Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Mehriban xanımın tapşırığına əsasən Fondun nümayəndələri general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Fondun nümayəndələri bundan sonra da müxtəlif bölgələrdə şəhid ailələrinə baş çəkəcəklər. Onu da vurğulayaq ki, Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
Sonda bir daha qeyd etmək istərdim ki, bugün gənclərimizin ən böyük arzusu Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi, Polad Həşimov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaqdır.
Xalqımız öz silahlı qüvvələri ilə fəxr edir, hər bir azərbaycanlı ailəsi övladını böyük qürur və həvəslə ordu sıralarında qulluğa göndərir. Çünki, güclü ordu Azərbaycanın müstəqilliyinin və azərbaycançılıq məfkurəsinin zəmanətidir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Rauf Əliyev