Ölkə başçısının rəhbərliyi ilə görülən məqsədyönlü tədbirlər nəticəsində koronavirusla mübarizədə müsbət dinamika əldə olunub
08 avqust 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 6 avqust 2020-ci il tarixində aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə videoformatda müşavirə keçirib.
Müşavirədə çıxışı zamanı cənab İlham Əliyev pandemiya dövründə ölkədə həyata keçirilən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı bir çox vacib məqamlara toxundu.
Prezident çıxışında bildirdi ki, “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.
Ölkə başçısının vurğuladığı kimi ölkəmizdə koronavirusla bağlı ilk statistikalar qeydə alındıqdan dərhal sonra operativ tədbirlər həyata keçirilməyə başlandı. Virusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün qısa müddət ərzində sərhədlərimiz tamamilə bağlandı, bütün təhsil ocaqları, ictimai iaşə obyektləri, xidmət sektorları fəaliyyətini dayandırdı, işləməyi zəruri olan strukturlarda xüsusi qaydalar tətbiq olundu. Səhiyyə sahəsində də vəziyyətin nəzarət altında saxlanılması üçün ardıcıl tədbirlər həyata keçirildi. Məlumdur ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bundan əlavə, ölkədə virusa yoluxan hər bir şəxsə operativ xidmət göstərilməsi üçün modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Artıq 9 modul tipli xəstəxana istismara verilmişdir ki, bu da əlbəttə ki əlavə çarpayı sayı və müalicə imkanı deməkdir. Bununla yanaşı 575 çarpayılıq Yeni Klinika istifadəyə verildi. Görülən tədbirlər bununla da yekunlaşmadı. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma prosesi də təşkil olundu və nəticədə ehtiyac yaranarsa 300-ə yaxın xəstənin burada müalicəsi təşkil oluna bilər. Qısa müddət ərzində laboratoriyaların sayı 5 dəfə artırıldı ki, bu da daha böyük sayda testlər keçirilməsinə şərait yaratdı. Həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklər nəzərə alınaraq xaricdən həkimlərin dəvət edilməsi təşkil olundu. Bir neçə ölkədən həkimlər dəvət edildi və onlar bugün Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən gələn həkim briqadaları hazırda ölkəmizdə fəaliyyət göstərirlər. Beləliklə, ölkə rəhbərliyi prosesin ilk günlərindən etibarən fasiləsiz və yorulmaz fəaliyyət göstərərək virusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün operativ tədbirlər həyata keçirərək vəziyyəti nəzarət altında saxlamağa müvəffəq oldu. Ölkə başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycan dövləti üçün birinci məsələ insanların həyatı və sağlamlığıdır. Görülən bütün işlər də birbaşa bu məqsədə xidmət edir.
Müşavirədə daha sonra iqtisadi-sosial məsələlərə də toxunan ölkə başçısı bu sahədə görülən işlər barəsində məlumat verərək bildirdi ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Belə ki, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyətinin faktiki olaraq işləməməsinə baxmayaraq dövlət tərəfindən əməkhaqqı almağa davam edir. Bu dövrdə 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunaraq 190 manat müavinətlə təmin edildi. Xatırladaq ki, hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir, ölkə başçısının göstərişi ilə həmin rayonların bu kateqoriyaya aid insanları da bu dəstəklə əhatə olunacaq. Prezidentin tapşırığı ilə avqust ayında da onlara 190 manat ödəniləcək. Bundan əlavə dövlət tərəfindən sahibkarların, işəgötürənlərin gəlir əldə etməmələri nəzərə alınaraq operativ tədbirlər görüldü. Nəticədə məsələyə müdaxilə edildi və bu məqsədlər üçün böyük maliyyə resursları xərcləndi.
Əminliklə deyə bilərik ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin mövcud çətinliklərlə ayaqlaşa bilmədiyi bir vaxtda Azərbaycan bu sınaqdan da uğurla çıxmağı bacardı. Çətinliklərə baxmayaraq sosial dəstək layihələri uğurla icra edildi. 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatdırıldı. Beləliklə, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox məcburi köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bununla yanaşı şəhid ailələrinə və müharibə əlillərinə mənzil və fərdi evlərin verilməsi prosesi davam etdirilir. Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. Qeyd edək ki, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılmaqdadır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradıb. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.
Bunlara əlavə olaraq, məlumdur ki, şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı da artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib.
Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.
Sosial peketlərlə bağlı bir neçə statistikanı da nəzrə çatdırmaq istərdim. Belə ki, 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir. 1 aprel tarixi ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 15 min artaraq 85 min ailəyə (və ya 350 min şəxs) çatdırılmışdır. Sosial xidmətlərlə bağlı, 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir. Bununla yanaşı, sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir. Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılmışdır. Beləliklə görülən işlər həqiqətən olduqca geniş səviyyədir. Əminliklə demək olar ki, pandemiya dövründə əhalinin hər bir təbəqəsi dövlət dəstəyini sonuna qədər hiss etmişdir və “Azərbaycan sosial dövlətdir”, “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisləri hərtərəfli təsdiqini tapmışdır.
Müşavirənin gedişində yekun xarakterli nitqlə çıxış edən dövlət başçısı iqtisadi proseslərə də nəzər salaraq vacib məqamlara toxundu. Ölkə başçısı çıxışında itkilərimizin olduğunu bildirdi amma eyni zamanda vurğuladı ki, bu itkilər daha genişmiqyaslı ola bilərdi. İqtisadiyyatımızın altı ayda 2,7 faiz aşağı düşdüyünü diqqətə çatdıran cənab prezident bunda, neftin qiymətinin və OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklərin rol oynadığını vurğuladı.
“Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır”-deyə bildirən ölkə başçısı vəziyyətdən çıxış yolu ilə bağlı da fikrini bildirdi.
Müşavirədə ölkə başçısı daha bir neçə vacib məqama toxundu. Sahibkarlara dəstəyin bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəyini qeyd edən dövlət başçımız, sahibkarlar tərəfindən təqdim edilən layihələrdə real bazarın, daxili bazarın və xarici bazarın nəzərə alınmalı olduğunu bildirdi. Daha sonra vergilərin 75 faizinin özəl sektorda formalaşdığını xatırladan cənab prezident vaxtında aparılan ciddi vergi islahatlarının nəticəsi olaraq 6 ay ərzində proqnozdan əlavə vəsait yığıldığını xatırlatdı. Çıxışında büdcəyə aparılan düzəlişlər və dürüstləşmələrə də toxunan İlham Əliyev bunun çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini göstərdiyini bildirdi.
Müşavirədə Prezident İlham Əliyevin vurğuladığı daha bir maraqlı məqam dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı fikirləri oldu. Dövlət şirkətlərində (qaz, su, elektrik enerjisi və s.) itkilər aradan qaldırılmalıdır-deyən dövlət başçısı-dövlət şirkətlərinin itkilərinin dövlət hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır deyə əlavə etdi. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır.
İqtisadiyyatın liberallaşdırılması məsələsinə də toxunan dövlət başçımız bildirdi: “Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq”.
Ölkə başçısı paytaxt Bakıda sovet vaxtından qalan dağılmış müəssisələrin olduğunu bildirərək, onların ərazilərində yeni sənaye müəssisələrinin və şəhərsalma ilə əlaqədar böyük layihələrin icra oluna biləcəyini bildirdi. Ölkə başçısı vurğuladı ki, bunun üçün investorları cəlb etmək lazımdır. İnvestorlar öz puluna ərazini abadlaşdıra, ictimai zonalar yarada və binalar tikə bilərlər. Bu biznesi canlandıracaq.
Çıxışda cənab prezident “Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər”- deyə bildirdi.
Müşavirənin sonunda karantin tədbirlərinin yumşaldılması ilə bağlı danışan ölkə başçısı vurğuladı ki, Koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Ölkə başçısı dedi: “Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq”.
Ölkə başçısı daha sonra bildirdi ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Müsbət dinamikanın karantin rejiminin yumşalmasına gətirib çıxardığını qeyd edən dövlət başçısı- burada çox ciddi nəzarət mexanizmi olmalıdır deyə vurğuladı. Açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməli, sosial məsafə gözlənməli, obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
Çıxışının sonunda vətəndaşlara müraciət edən Prezident İlham Əliyev hər kəsdən məsuliyyətli olmağı tələb etdi və xatırlatdı ki, bu, çox ağır xəstəlikdir və yaş tanımır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik- deyə əkavə etdi.
Bəli, bu bəladan tezliklə xilas olmaq üçün hər kəs bir nəfər kimi səbirli, təmkinli və soyuqqanlı olmalı, Operativ Qərargahın, TƏBİB-in, mütəxəssislərin bütün tövsiyələrinə, çağırışlarına, qərarlarına əməl etməli və anlamalıdır ki, bu dövlətin mənfəəti üçün yox birbaşa bizlərin sağlamlığı üçündür.

Cavanşirli Xəyalə
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü