Şriftin ölçüsü :

Saytın rəngi :

14 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib

31 may 2024 | 16:51
       30 May 2024-cü il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli Uşaq Musiqi Məktəbinin yekun hesabat konserti keçirildi. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında baş tutan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, mədəniyyət,  məktəbdənkənar və ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivləri, Qeyri-hökumət Təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları və digər Uşaq musiqi məktəblərinin əməkdaşları iştirak etmişlər.
      Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında Ü.Hacıbəyli, F.Əmirov, T.Quliyev, A.Məlikov, N.Əliverdibəyov, S.Rüstəmov, Cavotte, Kimbergon və başqa dünya şöhrətli bəstəkarların əsərləri səsləndirildi.
       Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

 

Keçidlər