Ermənistanın silahlanması və bölgə təhlükəsizliyi
14 avqust 2020 | 11:00
Ərazilərinin 20 faizinin 30 ilə yaxındır ki işğal altında olmasına baxmayaraq, Azərbaycan həmişə münaqişənin sülh yolu ilə beynəlxalq qanunlar əsasında həll olunmasına çalışıb, heç vaxt konfrontasiya tərəfdarı olmayıb. Azərbaycan heç bir dövlətə, hətta mənfur düşmən Ermənistana qarşı belə ərazi iddiası olmayan bir dövlətdir. Bunu Tovuz hadisələrindən sonra dövlət başçımız bir daha əminliklə vurğuladı.“Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur”- bunu ölkə başçımız İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı demişdir. Ən yüksək səviyyədə deyilən bu fikir Azərbaycanın dövlət siyasətinin də məğzini ortaya qoyur.
Müharibə vəziyyətində olduğumuz Ermənistan isə işğalçı tərəf olmasına baxmayaraq, beynəlxalq aləmdə özünü tamamilə fərqli- yazıq, təcavüzə məruz qalmış və humanist dövlət kimi göstərməyə cəhd edir. Ancaq nə qədər çalışsa da Ermənistan öz çirkin mahiyyətini gizlədə bilmir. Tovuz istiqamətində son təxribat da onların məkrli və riyakar siyasətinin məntiqi davamıdır. Bu gün Ermənistan regionda vəziyyəti gərginləşdirmək, hərbi eskalasiya və konfrontasiya xətti tutub. Riyakarlıq və fitnəkarlığın dövlət siyasəti həddinə çatması Ermənistan dövlətinin mahiyyətinin göstəricisidir. Dünya ictimaiyyəti də bu həqiqəti tədricən anlamaqdadır. Bununla bağlı rəsmi bir statistikanı da nəzərə çatdırmaq istərdim. Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Qeyd edək ki, məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Ermənistanın Dağlıq Qarabağı öz gücü ilə deyil, xarici havadarlarının və maraqlı tərəflərin vasitəsilə işğal etdiyi sirr deyil və artıq demək olar ki, hamıya məlumdur. Bu məsələdə düşmənin ən böyük müttəfiqinin isə Rusiya olması çox təəssüf doğuran haldır. Əldə olunan məlumatlar sübut edir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu da öz növbəsində Azərbaycan cəmiyyəti üçün təəssüf doğuran haldır.
Son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Daha bir maraqlı məqam isə Rusiyanın Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satmasıdır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
Qeyd edək ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bu məsələlərlə bağlı telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Cənab Prezident telefon danışığı zamanı vurğulayıb ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Bundan əlavə, Ermənistana silah satan ölkələrdən biri də Azərbaycanın dəfələrlə dəstək nümayiş etdirdiyi Serbiyadır. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Bütün bunlara baxmayaraq Tovuz hadisələri zamanı ordumuza və mülki əhaliyə tuşlanan silahların məhz Serbiyadan Ermənistana satışı təbii ki, həm ölkə başçımızın, həm də xalqımızın etirazına səbəb oldu. Dost və müttəfiq kimi əlaqədə olduğumuz Serbiyanın bu hərəkəti narazılıqla qarşılandı və ölkə başçısı da buna vaxtında lazımi reaksiya verdi.
Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Çox keçmədi ki, avqust ayının 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi. O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Serbiya ilə bağlı bir məsələ də qeyd olunmalıdır ki, Azərbaycanın Serbiya Respublikasındakı səfirinin bu məsələdəki fəaliyyətsizliyi həqiqətən də ürək açan deyil . Ölkədə serb şirkətləri tərəfindən bu səviyyədə böyük bir silah sövdələşməsinin vaxtında rəsmilərimizə çatdırılmaması da ölkəmizdə narazılıqla qarşılandı.
Azərbaycan dövlətinin və Prezidentinin mövqeyi birmənalı olaraq hamıya məlumdur- biz münaqişənin dinc yollarla həll olunmasına tərəfdarıq. Amma bu heç də zəif olmağımızın ifadəsi deyil, dövlətimizin və siyasətimizin humanist mahiyyətinin ifadəsidir. Dəfələrlə beynəlxalq səviyyələrdə bildirildiyi kimi, Azərbaycan tərəfi öz ərazilərindən bir qarış da güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır.
Bugün isə regionda qeyri-sabitliyin marağında olan xarici güclər məhz Ermənistandan forpost kimi istifadə edərək yeni hərbi eskalasiya şəraiti yaradırlar. Amma hansı xarici güclər düşmənə dəstək versə də ya da qarşımızda hansı silahlar tuşlanmış olsa da Azərbaycan xalqı və şanlı Azərbaycan Ordusu mənfur düşmənə layiqli cavab verməyə hazırdır və qadirdir. Ordumuz gec-tez 30 ildir işğal altında olan torpaqlarımızı təcavüzkar ermənilərdən azad edəcək və bu əzəli torpaqlarımıza öz sahiblik haqqımızı bərpa edəcəkdir. Bu Azərbaycan xalqının iradəsidir və xalq bu xətti ardıcıl surətdə davam etdirən Prezidentinin arxasında dayanır. Bugün Azərbaycanda azadlıq və torpaq toxunulmazlığı amalları uğrunda hamı bir nəfər kimi ayağa qalxmağa, xalqımızın torpaq haqqının bərpa olunması naminə səfərbər olmağa, vuruşmağa hazırdır. Bu mübarizədə xalqımız öz sözünü deməyə qadirdir.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru