Ermənistanın silahlanması regional təhlükəsizliyə təhdid yaradır
15 avqust 2020 | 11:00
Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirir. İqtisadi imkanların yetərsizliyinə baxmayaraq, Ermənistanın silahlanma prosesi bu gün əsas 4 istiqamət üzrə inkişaf etməkdədir. Bunlar, Rusiya tərəfindən hərbi əmlakın təmənnasız bağışlanması, KTMT üzvü olan ölkələrdən və digər dövlətlərdən satınalmalar, erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən müxtəlif ölkələrdən silah idxalı və yerli istehsal. Ermənistanın silahlanması ilə bağlı rəsmi statistika da təqdim edə bilərik ki, bu da vəziyyətin ciddiliyini ortaya qoymaq üçün kifayət edəcəkdir. Belə ki, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir.
Daha bir məqamı da qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq təşkilatlara silah ticarəti ilə bağlı düzgün məlumatlar çatdırmır. Belə ki, Ermənistan özünün BMT-nin Adi Silahlar registrinə təqdim etdiyi məlumatlarda Rusiyadan yalnız məhdud sayda kiçik çaplı silahlar satın aldığını göstərib. Məsələn, hesabata görə, rəsmi İrəvan Rusiyadan 300 ədəd PM, 300 ədəd PMM, 3 ədəd PSM markalı tapança, 3 ədəd VSS “Vintorez” markalı snayper tüfəngi, 480 ədəd AK-105 markalı avtomat, 36 ədəd RPK-74M əl pulemyotu, 32 ədəd KC-23 karabini, 52 ədəd SV-98 snayper tüfəngi, 60 ədəd GP-30 lüləaltı qumbaraatan, 10 ədəd 6G30 qumbaratanı alıb. Lakin Rusiya rəsmi mənbələrinin açıqladığı informasiyalar, eləcə də üzə çıxan təkzibolunmaz faktlar rəsmi İrəvanın silah ticarətinə dair xəbərlərin BMT-dən gizlədildiyini deməyə əsas verir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu da sözsüz ki həm Azərbaycan cəmiyyətində, həm də rəhbərliyində dərin təəssüf və narahatlıqla qarşılanıb.
Rusiya ilə bağlı daha bir təəssüfləndirici məqam isə bu ölkənin Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satmasıdır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Qeyd edək ki, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında iki ölkənin də kütləvi informasiya vasitələrində heç bir məlumata rast gəlmək mümkün deyil.
Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin aydınlaşdırılması ilə bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Telefon danışığı zamanı ölkə başçımız Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da qeyd edib. Ölkə başçımız Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Ermənistan Rusiya ilə yanaşı müxtəlif ölkələrdən silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların satınalmalarını həyata keçirməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın özünün rəsmi hesabatlarında bu informasiyalar qismən və ya heç qeyd olunmasa da satıcı dövlətlərin açıqladığı hesabatlarda bəzi rəqəmlər öz əksini tapır. Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Bu başa düşüləndi çünki, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Belə ki, cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib.
Avqustun 7-də isə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. Azərbaycan nümayənədə heyəti ilə birgə keçirilən iclaslardan sonra N.Stefanoviç jurnalistlərə açıqlamasında Azərbaycan və Serbiya hökumətlərinin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Bundan əlavə, baş nazir bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu həllinin vacibliyini vurğuladı və əlavə etdi ki, bu, münaqişə ilə üzləşən bütün ölkələr üçün vacibdir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr əvəzi
Əli Kərimov
Əli Kərimov