Ermənistan regionda qeyri-sabitliyin əsas mənbəyinə çevrilib
16 avqust 2020 | 11:00
Cənubi Qafqaz ölkələrindən birinin ərazisinin 20 faizini işğal etmiş və digər dövlətə qarşı qeyri-rəsmi formada ərazi iddiaları irəli sürən Ermənistan, regionda qeyri-sabitliyin əsas mənbəyinə çevrilib. Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən istifadə edən bu ölkə uzun illər yeritdiyi işğalçı siyasətə görə məsuliyyətdən kənarda qala bilmişdir. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini böyük həcmdə Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Beləliklə, Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə inkişaf etdirməyə çalışır. Qeyd edək ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
Məlumdur ki, ərazilərimizi işğal altında saxlayan mənfur qonşumuz Ermənistan müxtəlif vaxtlarda aktivləşərək cəbhədə təxribatlar törətməyə cəhd edir. Dərhal ordumuzdan layiqli cavabını alan Ermənistan hər dəfə itkilər verərək geri çəkilməyə məcbur olur. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan döyüşləri buna əyani sübutdur. Son belə hal isə iyul ayının 12-də Tovuz istiqamətində baş verdi. Burada da güclü müqavimətlə qarşılaşan erməni ordusu həm canlı qüvvə, həm də texnika baxımından çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edildi. Düşmən torpaqlarımızın heç 1 santimetrinə belə yaxınlaşa bilmədi. Tovuz döyüşləri başqa əlamətlərlə də yadda qaldı. Belə ki, erməni tərəfinin istifadə etdiyi silahlar və onların hansı ölkələrdən alınaraq, hansı marşrutla Ermənistana çatdırılması bizdə dərin təəssüf və narahatlıq yaratdı. Biz bununla özünü Azərbaycana dost və tərəfdaş adlandıran ölkələrin dövlətimizin milli maraqlarına laqeyidliklə yanaşmalarının şahidi olduq. Və təbii ki rəsmilərimiz tərəfindən məsələyə reaksiyalar gecikmədi.
Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilmiş, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycan hərbi qüvvələrinin mövqeləri artilleriya və minaatan atəşlərinə məruz qalmış, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusu, o cümlədən bir nəfər sərhəd kəndinin sakini həlak olmuşdur. Bu zaman Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri o idi ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Təəccüblü deyil ki, Serbiyanın bu hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı olmayan reaksiyalara səbəb oldu. Təbii ki bu gözləniləndir. Ən azından ona görə ki, həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana ziyarət gəldi. O jurnalistlərə müsahibəsi zamanı bildirib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Serbiyadanın yüksək dairələrindəki narahatlıq ümid yaradır ki, bu “silah alveri” bir daha təkrarlanmayacaq. Qeyd etmək lazımdır ki, bu məsələnin tez bir zamanda araşdırılmasında Azərbaycan hökumətinin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi özünün müsbət təsirini göstərmişdir. Serbiya Prezidenti Aleksandr Vuçiç etiraf etmişdir ki, gələcəkdə bu kimi məsələlərdə Serbiya hökuməti bu işləri dəqiq analiz edib, Azərbaycanla strateji tərəfdaşlıq məsələlərini diqqət mərkəzində saxlayacaqdır.
Ermənistanın silah aldığı daha bir ölkə isə Rusiyadır. İyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu əlbəttə ki təəssüfləndirici haldır. Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olan Qazaxıstan, Türkmənistan və İran artıq mövcud məsələ ilə bağlı agah edilib. Silah daşınmasında digər ölkələrin hava məkanlarından istifadə qaydalarına görə, həmin ölkələr daşınan yük və onun son təyinat nöqtəsi barədə məlumatlandırılmalıdır. Bütün bu qaydaların gözlənilib-gözlənilməməsini isə araşdırmaların nəticəsi göstərəcək.
Son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
Bu məsələ ilə bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb və Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Məmləkət Qaraçobanova