Ermənistanın açıq və gizli silah alveri: regional təhdidlər
18 avqust 2020 | 11:00
İyul ayının 12-də Ermənistan ordusu Tovuz istiqamətində mövqelərimizi zəbt etmək üçün qəflətən artilleriya hücumu təşkil etmiş və bunun nəticəsində hərbçilərimiz, o cümlədən bir mülki vətəndaşımız həlak olmuşdur. Əlbəttə ki, Azərbaycan Ordusunun buna cavabı sərt və sarsıdıcı oldu. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda düşmən mövqelərinə güclü zərbələr endirilməsi və qarşı tərəfin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edildiyi aydın görünür.
Əlbəttə ki, bu ilk belə hal deyil. İndiyə qədər də erməni tərəfi dəfələrlə mövqelərimizə hücuma keçməyə cəhd göstərmiş və öz təcavüzkar mahiyyətini ortaya qoymuşdur. Ancaq bu dəfə vəziyyət bir qədər fərqlidir. Çünki, ermənilər bu dəfə çirkin niyyətini cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində həyata keçirdi. Bunun səbəbləri ilə bağlı çox fərqli ehtimallardan danışmaq olar. Amma bizim niyyətimiz, bu deyil. Biz Ermənistanın ordumuza və cəbhəyə yaxın ərazilərdə yaşayan soydaşlarımıza tuşladığı silahlardan və onların kim tərəfindən təmin edildiyindən danışmaq istərdik.
Beləliklə, Azərbaycanın illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Təbii ki, Ermənistanın regionda sabitliyi pozmağ cəhdlərinin arxasında böyük qüvvələr dayanır və Ermənistan əslində onların məqsədlərinə çatmaq üçün əllərində tutduqları bir oyuncaqdan artığı deyil. Ermənistanın müxtəlif beynəlxalq təşkilat və qurumlardan maliyyə dəstəyi aldığı da sirr deyil. Ermənistana hərbi dəstək verən ölkələrdən biri qonşu Rusiya digəri isə suverenliyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyimiz Serbiyadır.
Məlumdur ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. Rusiya – Ermənistanın əsas silah təchizatçısıdır və bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Bununla yanaşı, Ermənistan 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub və Ermənistan təhlükəsizlik sahəsində əməkdaşlığı da əsasən KTMT-yə üzv olan ölkələrlə inkişaf etdirməyə çalışır. Qeyd edək ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivləri yüksək deyil.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu əlbəttə ki, təəssüfləndirici haldır. Çünki, Qazaxıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında bizimlə bir mövqedə olan və əlaqələrimizin müsbət olduğu bir ölkədir. Türkmənistan neytral xarisi siyasətinə və heç bir hərbi blokda yer almamasına rəğmən, Rusiyanın Türkmənistanın səması üzərindən Ermənistana hərbi yükün daşınmasına razılıq verdi. İran isə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də o da bu “qrupda” yer aldı. Hər üç ölkə də Azərbaycanla əlaqələri olsa da çətin gündə düşmənimizə silah daşınmasına razılıq verdi. Əlbəttə ki, rəsmi Bakı da gələcək əlaqələrində bunları nəzərə alacaqdır.
Beləliklə, son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlmək mümkün deyil. Rusiya ilə Ermənistan arasında digər diqqət cəlb edən məqam isə Rusiyanın Ermənistana silahları daxili bazar qiymətinə satmasıdır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir.
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Cənab İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da qeyd edib.
Telefon danışığı zamanı ölkə başçımız Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Cənab İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.
Bu məsələ ilə bağlı sonda bir şey də vurğulanmalıdır ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın münaqişədə Azərbaycana hücum edən və indiki dövrdə ölkəmizin sərhədində təxribatlar törədən Ermənistana bu qədər böyük miqdarda silah yardımı etməsi cəmiyyətimizdə böyük suallar doğurdu. Çünki, Ermənistan bu gün təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün region üçün böyük təhlükələr və təhdidlər yaradan təcavüzkar siyasəti dövlət səviyyəsində istifadə edən bir ölkədir. Bu ölkəyə dəstək vermək, üstəlik də bunu münaqişənin həllində vasitəçi missiyası olan ölkənin etməsi ümumilikdə bütün region üçün təhlükəlidir.
Qeyd edək ki, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, amma Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri də odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Bununla da, bu təxribatı öncədən hazırlayanın kim olduğu bir daha öz təsdiqini tapır.
Serbiyadan Ermənistana silah göndərilməsi cəmiyyətimizdə birmənalı qarşılanmadı. Çünki həqiqətən də, çətin günlərdə Azərbaycan həmişə Serbiyaya öz dəstəyini göstərib. Belə ki, cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib və Kosovonun müstəqilliyini tanımayıb.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası da özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Nazirlik tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə müsahibəsində deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Beləliklə, Serbiya prezidenti Azərbaycanla münasibətləri təhlükə altına atmamaq üçün Bakıya təcili nazirini göndərdi və belə anlaşıldı ki, Belqrad bir daha Azərbaycanın düşməninə silah satmayacaq. Əlbəttə ki, bu təəccüblü deyil. Azərbaycanın dostluğu və müttəfiqliyi hər ölkə üçün vacib və itirilməsi heç də yaxşı olmayan haldır.
Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır; yalnız ənənəvi müttəfiqini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir; Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir.

Familli Xumarə
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü