Ermənistanın gizli silahlanmasının açıq məqsədləri
19 avqust 2020 | 11:00
Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən etibarən bir neçə gün ərzində Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində təxribat törədilməsi, dinc əhalinin və ordumuzun bölmələrinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin aydın təzahürüdür. Bu, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq sülh barəsində dediyi fikirlərin də boş uydurmadan ibarət olduğunu açıq şəkildə ortaya qoydu.
Hər zaman olduğu kimi bu dəfə də Ordumuzun düşmənə layiqli cavabı gecikmədi. Ölkə başçısının rəhbərliyilə Milli Ordumuz dövlət sərhədini pozmağa çalışan ermənilərə anında elə sarsıdıcı cavab verdi ki, onun təsiri hələ illərlə davam edəcək. Qəhrəman Azərbaycan Ordusu Aprel döyüşlərində və Naxçıvan əməliyyatında qazandığı tarixi qələbəni davam etdirərək Tovuz istiqamətində gedən döyüşlərdə də düşmənə öz yerini bir daha göstərdi. Belə ki, silahlı bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və 100-dən çox canlı qüvvəsi məhv edildi. Beləliklə, işğalçı və terrorçu Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alındı və düşmənə layiqli cavab verildi. Tovuz hadisələri sadəcə Ordumuzun gücünü bir daha sübut etməklə qalmadı, eyni zamanda bizə dost və müttəfiq kimi görünən ölkələrin əslində şəxsi mənafelərini nə qədər üstün tutduğunu da göstərdi. Bu da əlbəttə ki bizim üçün gələcək siyasətimizdə referans olacaq.
Məlumdur ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub və 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Bu günə qədər Ermənistan təhlükəsizlik sahəsində əməkdaşlığı da məhz Rusiya və KTMT-yə üzv olan ölkələrlə inkişaf etdirməyə çalışmışdır. Ancaq bildirmək lazımdır ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək deyil.
Rusiya Tovuz hadisələri zamanı da Ermənistanla hərbi-siyasi əməkdaşlığı davam etdirərək, Ermənistana külli miqdarda silah satıb. Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından cəmi bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu da əlbəttə ki cəmiyyətimizdə müəyyən sulların yaranmağına səbəb oldu. Ən azından ona görə ki, Rusiya Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun üzvü olan 3 ölkədən biridir. Rusiyanın Ermənistana münaqişənin alovlandığı bir vaxtda külli miqdarda silah-sursat ötürməsi həqiqətən də anlaşılmazdır. Aydındır ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəf mövqedə dayanmalıdır.
Qeyd edək ki, silahların daşınmasında da maraqlı məqamlar mövcuddur. Belə ki, Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Burada Gürcüstanın mövqeyi bizi məmnun etsə də, Qazaxıstan və Türkmənistan mövqeyi bir o qədər təəssüfləndirici oldu. Çünki, Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri mövcuddur. Buna baxmayaraq hər iki ölkə Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu silahların hansı məqsədlə daşındığı bütün ölkələrə məlumdur. Silahlar Azərbaycanın ərazi bütövlüyünü təhdid edən Ermənistana göndərilir və bu silahların Ermənistan göndərilməsində iştirak edən ölkələr dolayı yolla Azərbaycanın ərazi bütövlüyünün təhdid olunmasına göz yumur.
İctimaiyyətə də bəlli olduğu kimi, bu məsələ ilə bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu, sərhəd boyunca kəndlərin və yaşayış məntəqələrinin artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını, yararsız hala düşdüyünü bildirib.
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Ermənistan Rusiya ilə yanaşı müxtəlif ölkələrdən silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların satınalmalarını həyata keçirməkdədir. Ermənistanın rəsmi hesabatlarında bu informasiyalar qismən və ya heç qeyd olunmasa da satıcı dövlətlərin açıqladığı hesabatlarda bəzi rəqəmlər öz əksini tapır. Bununla bağlı vəziyyətin ciddiliyini anlamaq üçün rəsmi sənəd təqdim etmək də mümkündür. Belə ki, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Qeyd edək ki, məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Qayıdaq Tovuz hadisələrində ermənilərin silahlanması məsələsinə. Azərbaycan hökuməti təqzib edilməz faktlarla sübut etmişdir ki, Tovuz rayonunda törədilən təxribatlardan bir neçə gün əvvəl Serbiyadan Ermənistana çox sayda silah sursat göndərilmişdir. Daha sonra Serbiya hökumətinin rəsmiləri də bu alış-verişi təsdiq etdi. Bu da hər zaman Serbiyanın çətin günlərində onun yanında olan və Serbiyanın ərazi bütövlüyünü tanıyaraq Kosovanın müstəqilliyini tanımayan Azərbaycan hökumətində və cəmiyyətində böyük təəssüf hissi yaratdı. Sözsüz ki, bu təbiidir. Serbiya ilə daim müsbət əlaqələri olan Azərbaycan, düşmənə gedən silahların Serbiyadan olacağını gözləmirdi.
Bununla bağlı Azərbaycan tərəfinin reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Bir müddət sonra, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Ermənistanıın istifadəsinə Serbiya istehsalı silahların verilməsi ilə bağlı təəssüf hissi keçirdiyini və Azərbaycana məsələni araşdırmaq üçün nümayəndə heyəti göndərəcəyini bildirdi.
Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə müsahibəsində qeyd edib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Beləliklə, Serbiyanın Azərbaycan kimi müttəfiqini itirmək istəməməsi başa düşüləndir. Ümumiyyətlə, Azərbaycan sadəcə Serbiya üçün deyil, dünyanın istənilən ölkəsi üçün arzu olunan müttəfiqdir. Və heç bir dövlət unutmamalıdır ki, Azərbaycan yaxşı müttəfiq olduğu kimi, həm də regionun ən güclü ölkəsidir. Bugün Azərbaycanda reallaşan nəhəng layihələrlə və ölkə başçımızın düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə Azərbaycan get-gedə həm regionda, həm də beynəlxalq arenada daha çox söz sahibinə çevrilir.
Azərbaycanın ərazi bütövlüyümüzlə bağlı mövqeyi isə dəyişilməz və qətidir. Azərbaycanın tutduğu mövqe isə belədir, sülh danışıqları ədalətə xidmət etməyəcəksə, yalnız Ermənistanın marağına cavab verən status-kvo vəziyyəti davam etdiriləcəksə, Azərbaycan hansı yolla olursa-olsun, o cümlədən hərb yolu ilə torpaqlarını ışğaldan azad etmək hüququnu özündə saxlayır. Gec-tez biz öz ərazi bütövlüyümüzü bərpa edəcək və öz əzəli torpaaqlarımıza geri dönəcəyik. Dünyanın bütün ölkələri qarşımızda dursa da bu belə olacaq. Bunun üçün bizim hərbi gücümüz də, iqtisadi gücümüz də, siyasi iradəmiz də mövcuddur.

Rauf Əliyev
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü