Pirallahı rayon İcra hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
29 noyabr 2013 | 11:00
2013-cü il noyabr ayının 27-də Pirallahı rayonu İcra hakimiyyəti Başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin Başçısı Vasif İmanov aparırdı. Qəbula gələnləri salamlayan İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri Novruz Xudaverdiyev, Cəmilə Səfərova, Nərmin Məmiyeva, Elnarə Səfərova, Nadir Mahmudov, Mehriban Kərimova, Raqub Cəfərov və başqaları, ümumilikdə 20 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz tikililərin söküntüsü, işlə təminat, sosial yardım və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra başçısı rayonda böyük abadlıq işlərinini aparıldığını, sənədsiz və yöndəmsiz köşklərin, qarajların və digər tikililərin aradan qaldırıldığını söylədi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan, rayonda yeni təşkilatlar açılandan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Pirallahı rayon Yaşıllıqların İstismarı Sahəsində və MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.